Azərbaycan İraqa meyvə şirələri ixrac edəcək
Azexport.az portalı ixrac üçün növbəti sərbəst satış sertifikatlarını təqdim edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, Portal tərəfindən təqdim olunan növbəti sərbəst satış sertifikatları İraq Respublikasına Azərbaycan istehsalı olan daha 5 adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub. Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur.
Sertifikatların bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan, Okeaniya və Ərəb ölkələrinə, Cənubi Amerika, Afrika qitəsi, Qərbi Avropa və Cənub – Şərqi Asiya ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsulların çıxışını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.Azexport.az platformasına onlayn olaraq müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















