Hindistan şirkətlərinin Azərbaycana ixrac missiyası təşkil olunacaq
Bu ilin sentyabr ayında Hindistan şirkətlərinin Azərbaycana ixrac missiyasının təşkili nəzərdə tutulur.
Bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar “APA-Economics”in sualını cavablandırarkən bildirib ki, səfirlik tərəfindən Hindistanın müxtəlif palataları, dövlət qurumları və özəl şirkətləri Azərbaycana nümayəndə heyəti ilə səfər etmələrinə dair dəvət olunublar:
“Bu yaxınlarda dörd Hindistan şirkəti Azərbaycanda keçirilən “İnterFood” sərgisinə qatıldılar. Onlar daha çox düyü ixracı ilə məşğuldurlar. Onlar sərgidə iştirak zamanı bir çox yerli şirkətlərlə əməkdaşlıq məsələləri müzakirə ediblər. Burada təkcə düyü yox, həmçinin digər məhsulların da Azərbaycana idxalı müzakirə olunub. Bildiyiniz kimi pandemiya ilə əlaqədar vizaların verilməsi yenicə bərpa olunub. İxrac missiyasına gəldikdə isə, Hindistan şirkətlərinin Azərbaycana sentyabr ayında gələcəkləri nəzərdə tutulur”, - deyə Vinay Kumar qeyd edib.
Hindistan Azərbaycan iqtisadiyyatına 1,5 mlrd. dollara yaxın investisiya yatırıb
Hindistanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 1,5 mlrd. ABŞ dollarına çatır.
Bu barədəHindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar deyib.
Onun sözlərinə görə, təkcə Hindistanın ən iri Neft və Qaz Korporasiyası (ONGC) tərəfindən bu günədək yatırılan investisiyaların həcmi 1,2 mlrd. dollar təşkil edir.
“Digər iş adamlarının yatırımlarını nəzərə almaqla isə bu rəqəm təxminən 1,5 mlrd. dollar təşkil edir”, - deyə Vinay Kumar qeyd edib.
O həmçinin əlavə edib ki, hazırda yüzlərlə Hindistan şirkəti Azərbaycanda neft-qaz mühəndisliyi, ketrinq, qida, turizm, restoran biznesi sahəsində fəaliyyət göstərir:
“Bununla yanaşı biz mütəmadi olaraq Hindistan şirkətlərini Azərbaycandakı Sənaye Parklarının mövcud imkanları barədə məlumatlandırırıq".
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























