Expressbank yeni vakansiyalar elan etdi
Expressbankı yeni Hesablaşmalar departamenti/ Müxbir hesablar və klirinq şöbəsi / aparıcı mütəxəssis və Hesablaşmalar departamenti/Ödəniş terminallar və təcili pul köçürmələrinə nəzarət şöbəsi /mütəxəssis vakansiyalarını elan edib.
1. Hesablaşmalar departamenti/ Müxbir hesablar və klirinq şöbəsi / aparıcı mütəxəssis
Namizədə olan tələblər:
- Ali təhsili olan;
- Dillər: Azərbaycan (əla), Rus (yaxşı), İngilis (yaxşı);
- Təcrübə: müvafiq peşə üzrə ən azı 1 il iş təcrübəsi;
- Bilik və bacarıq: Microsoft Office proqramlarında işləmək biliyi.
Görəcəyiniz işlər:
- XÖHKS üzrə daxilolmaların Mərkəzi Bankın bazasından bank proqramına yüklənməsini və hesablara yönəldilməsini təmin etmək;
- XÖHKS köçürmələri üzrə bank proqramında paketlərin yaradılmasını və onların Mərkəzi Bankın bazası ilə ötürülməsini təmin etmək;
- Mərkəzi Bankın XÖHKS bazasında gündəlik əməliyyatların icrası üçün subhesabın möhkəmləndirilməsini təmin etmək;
- Müxbir hesablar üzrə qalıqların yoxlanılması və şöbəyə aid sənədlərin müvafiq qovluqlara tikilməsini təmin etmək;
- Arxivə təhvil verilən sənədlərin müvafiq qaydada hazırlamaq;
- Şöbəyə aid daxili müxabirləşmələrin bank proqramında yığmaq;
- Bankın digər struktur bölmələri tərəfindən XÖHKS sistemi ilə göndərilən ödənişlərin müəyyən edilmiş limitlər çərçivəsində təsdiqləmək;
- Filiallar və bankın digər struktur bölmələri tərəfindən xarici valyutada göndərilən köçürmələrin SWIFT sistemində yoxlamaq;
- SWIFT sistemində bütün formatlı sənədlərinin yığımını təmin etmək;
- Bankdaxili qaydalardan irəli gələn vəzifələrin icrasını təmin etmək;
- Şöbə müdirinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri.
- Peşəkar korporativ mühitdə işləmə imkanı.
2. Hesablaşmalar departamenti/Ödəniş terminalları və təcili pul köçürmələrinə nəzarət şöbəsi /mütəxəssis
Namizədə olan tələblər:
- Ali təhsili olan;
- Dillər: Azərbaycan (əla), Rus (yaxşı), İngilis (orta/yaxşı);
- Təcrübə: müvafiq peşə üzrə ən azı 6 ay iş təcrübə;
- Bilik və bacarıq: Microsoft Office proqramlarında işləmək biliyi.
Görəcəyiniz işlər:
- Təcili pul köçürmələri üzrə hesablaşmalara aid müxabirləşmələrin bank proqramına daxil etmək;
- Hökümət Ödəniş Portalı (HÖP) və Ödənş terminalları (ÖT) üzrə hesablaşmalara aid müxabirləşmələrin bank proqramına daxil etmək;
- Günün sənədlərinin və arxivə təhvil verilən sənədlərin müvafiq qaydada hazırlamaq;
- Ödənş terminalları üzrə aparılan gündəlik əməliyyatlar nəticəsində yaranan hesablaşma fayllarını yüklənməsini təmin etmək;
- Aparılan gündəlik klirinq əməliyyatlarından sonra hesablarda yaranan öhdəliklərə nəzarəti təmin etmək;
- Bankdaxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin etmək;
- Şöbə fəaliyyətindən və vəzifəsindən irəli gələn müvafiq hesabatların hazırlamaq və şöbə müdirinə təqdim etmək;
- Şöbə müdirinin ona həvalə etmiş olduğu digər vəzifələrin həyata keçirmək.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri.
- Peşəkar korporativ mühitdə işləmə imkanı.
Müraciət etmək istəyən şəxslər qeyd edilən mail ünvanına müvafiq başlıq altında vakansiyanın adını qeyd edərək CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
23 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
25 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
28 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
30 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























