Kapital Bank şəhid və qazi övladları üçün bayram tədbiri təşkil edib
(®) Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Onlar bizə əmanətdir” adlı layihə təşkil edib.
Layihə çərçivəsində Şamaxı və Mingəçevirdən olan 40-dan artıq şəhid və qazi övladları üçün müxtəlif ustad dərsləri keçirildi. Hər iki regionda olan tədbir “YAŞA” Mərkəzlərində baş tutub.
Ustad dərsləri zamanı dənli bitkilərdən kompozisiya, muncuqlardan ibarət müxtəlif əl işləri hazırlandı və rəsm dərnəyi təşkil edildi. Tədbir zamanı uşaqlarla birgə mərkəzlərin üzvləri olan təqaüdçülər də iştirak edib, uşaqlara dəstək göstərdilər. Layihənin yekununda iştirakçılara düzəltdikləri kompozisiyalar, müxtəlif hədiyyələr, həmçinin “Optimal” mağazalar şəbəkəsindən hədiyyə kuponları təqdim edildi.
Qeyd edək ki, “YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1), Şamaxıda (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) və Mingəçevirdə (Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19) fəaliyyət göstərir. Mərkəzin hazırda 6000 –ə yaxın fəal üzvü var və hər layihə üzrə 120-150 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002, 0557042018 nömrələrinə və ya https://www.facebook.com/uchuncubahar, https://www.instagram.com/uchuncu.bahar/ sosial media hesablarına müraciət etmək olar.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























