“Xəngəland” restoranında çoxlu nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan müraciət əsasında Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küç., ev 88, m.5 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” restoranında apardığı plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı məlum olub.
AQTA-dan verilən məlumata görə, müəssisənin mətbəx sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müəssisədə müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
"XƏNGƏLAND"DAN AÇIQLAMA
“Xəngəland” restoranının sahibi olduğunu bildirən Sabir Əhmədov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata münasibət bildirib.
O qeyd edib ki, AQTA tərəfindən adı çəkilən restoranda yoxlama aparılmayıb.
"Biz AQTA-nın məlumatına təəcübləndik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Xəngəland” restoranında yoxlama aparılmayıb. Yayılan məlumat həqiqətəuyğun deyil. Bizim mətbəxdən "gül tökülür". AQTA-nın mediaya göndərdiyi fotolar bizim köhnə məkanda 2018-ci ildə çəkilib. Axundov bağının yaxınlığında yerləşən həmin məkan artıq fəaliyyət göstərmir".
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
6 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
6 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
11 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























