Qazaxıstandan Azərbaycana taxıl tədarükü 6 dəfə artıb
Bu ilin yanvar-may aylarında Qazaxıstan (“Qazaxıstan Dəmir Yolları” QSC) və Azərbaycan (“Azərbaycan Dəmir Yolları” QSC) arasında dəmir yolu daşımaları 1 milyon 388,1 min tona çatıb.
Bu barədə “Qazaxıstan Dəmir Yolları”nın məlumatında bildirilir.
Məlumata görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 88,8 min ton və ya 4,6 dəfə (364 %) çoxdur.
Artım, əsasən taxıl daşınması (128,3 min ton və ya 6,1 dəfə çox) hesabına formalaşıb. Bununla yanaşı, iki ölkə arasında neft məhsullarının və qara metalların daşınması 884,6 min ton və ya 13,5 dəfə, kimya və soda daşınması 72,8 min ton və ya 115 % artıb. Tranzit daşımalarında ərzaq mallarının artımı 3,1 min ton və ya 2 % artıb.
Azərbaycan Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana 49,1 milyon ABŞ dolları dəyərində 146,9 min ton taxıl idxal edilib. Bu isə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə (6 300 ton) idxalın həcmi 23,3 dəfə, dəyər baxımından isə təxminən 29 dəfə çoxdur.
Qazaxıstan taxılının Azərbaycanın idxalında payı isə 41,1 % təşkil edib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























