Yeni televizor almağı düşünürsünüz? Samsung Neo QLED əldə etmək üçün əsas 4 səbəb
8K keyfiyyətində göstərən, kinoteatrdakı tək səsi olan Samsung Neo QLED televizorları artıq Azərbaycan bazarında da satışa çıxarılıb.(®) Əgər siz yeni televizor almaq fikrindəsinizsə, bu məqalə sizin üçündür. Elektrik cihazları mağazalarında mövcud böyük seçim çox vaxt çaşqınlıq yaradır. Burada ilk baxışdan oxşar görünən modellər tamamilə fərqli, “yaxşı” görünən televizor isə əslində o qədər də yaxşı olmaya bilir. Bu səbəbdən seçiminizi məhz Samsung Neo QLED üzərində dayandırmalı olmanızın 4 səbəbini təqdim edirik:
1) Infinity One dizaynı. Dizayn vacib seçim amillərindən biridir. Televizor mövcud interyer üçün seçildiyi üçün həm otaqdakı ümumi interyerə, həm də mebel və digər cihazlara uyğun olmalıdır. Son dərəcə minimalist görünüşü, kiçik çərçivələri və korpusun minimum qalınlığını özündə birləşdirən müasir dizaynı sayəsində,Samsung Neo QLED istənilən interyerə uyğunlaşır. Televizorun ekranı qoruyucu əks etdirən şüşə ilə örtülmüşdür, bu səbəbdən də söndürüldükdə, o, incə çərçivə ilə haşiyələnmiş interyer elementini xatırladır. Bütün ekran sahəsi üzrə korpusun qalınlığı eynidir və cəmi 16,9 mm təşkil edir, belə ki televizoru divara assanız, o, nazik çərçivədəki şəkili xatırladacaq. Eyni zamanda, televizoru çox kiçik mərkəzi dayaqda da yerləşdirə bilərsiniz ki, zərurət yarandıqda, o, hətta çox kiçik bir şkaf üzərində də quraşdırıla bilər.

2) Funksionallıq. Ənənəvi olaraq biz televizordan daha çox şey gözləyirik, bizə təkcə sevimli filmlərimizə baxmaq üçün cihaz yox, həm də universal multimedia mərkəzi gərəkdir. Belə ki, Samsung Neo QLED istifadəsi asan və rahat olan, "Smart Hub" istifadəçi interfeysi üzərindən işləyir. İnteryfeys ekranın aşağı hissəsində, cari məzmunun üstündə yer alan lent menyusu kimi təqdim olunmuşdur. Bu lentdə hər hansı element seçildikdə, onun alt menyusu yuxarıda açılır, buna misal olaraq, Youtube-da tövsiyə olunan videoları, parametrlərdə əsas tənzimləmələri və s. qeyd etmək olar. Bundan əlavə, siz smartfonunuza yerləşən istənilən məzmunu televizorda izləyə bilərsiniz, bunun üçün sadəcə telefonu televizora qoşmaq və multi-ekran rejimindən istifadə etmək yetərlidir. Samsung Neo QLED TV-də quraşdırılmış Google Voice Assistant isə daha çox əyləncə, eləcə də cihazın tam olaraq səs ilə idarə olunma seçimlərini təqdim edir.
3) Şəkil keyfiyyəti - istənilən televizorun əsas komponentidir. Samsung Neo QLED-də Quantum Mini LED işıqlandırmalı 8K icazəli panelindən istifadə edilir. Buradakı LED-lər ənənəvi işıqlandırma ilə müqayisədə 40 dəfə daha kiçikdir, bu da LED-lərin sayını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradır. Bununla nə əldə edirik? Fərqli zonaların işıqlandırılmasında çeviklik, belə ki, hər bir zona bir-birindən asılı olmayaraq "işıqlandırılır", buda ümumi təzadlığı artırmağa kömək edir. “Ağıllı” işıqlandırma burada 33 milyon piksel ilə birlikdə daha aydın və parlaqlıq təsvir təqdim edir. Həmçinin, süni intellektlə işləyən Neo Quantum Processor 8K da ümumi işə öz töhfəsini verir. Belə ki, televizor "adi" videonu 8K keyfiyyətinə qədər yaxşılaşdıra bilir. Dərin öyrənmə alqoritmi daxil edilən təsviri təhlil edir və orijinal aşağı icazəyə malik video siqnalında çatışmayan hər bir pikseli bərpa edərək, görüntünü təkmilləşdirir.
4) Səs keyfiyyəti. Kim öz evində kinoteatrın olmasına yox deyər ki? Bu hər birimizin arzusudur. Samsung Neo QLED ilə kinoteatrdakı tək, səsiləndirmə və keyfiyyətli təsvirdən hər gün həzz ala bilərsiniz. Televizorun akustik sistemi korpusun arxa tərəfinin aşağı hissəsində yerləşən səkkiz aşağı tezlikli dinamikdən və arxa tərəfdə “barmaqlıqların” arxasında gizlənmiş dörd yüksək tezlikli dinamikdən ibarətdir( ikisi televizorun yanlarında və daha ikisi yuxarı künclərində). Daxili audionun ümumi gücü 70 Vt təşkil edir ki, bu da öz növbəsində yüksək keyfiyyətli və çox zəngin səs ötürməyə imkan yaradır. Həmçinin, televizor ekranda hərəkət edən obyektin səsini izləyə bilir, buna “Samsung Object Tracking Sound Pro” funksiyası kömək edir. OTS Pro texnologiyası ilə siz səsi hərəkətin baş verdiyi yerdə eşidirsiniz - səs ekrandakı hərəkətə uyğun olaraq hərəkət edir.
Xatırladaq ki, Samsung Neo QLED televizorları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Samsung Neo QLEDtelevizorları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
11 d. əvvəl
Nağdsız alınmış əmlak üzrə 91 milyon manat ƏDV məbləği vətəndaşlara geri qaytarılıb
- 28 d. əvvəl
-
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
39 d. əvvəl
Expressbank Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb
-
1 saat əvvəl
Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları
-
1 saat əvvəl
Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
-
1 saat əvvəl
30 yaşına qədər olan 35 milyarder - 12-si sərvətini öz gücü ilə qazanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Nağdsız alınmış əmlak üzrə 91 milyon manat ƏDV məbləği vətəndaşlara geri qaytarılıb
İranın kəşfiyyat naziri də öldürüldü
"ABŞ və Avropanın Ukraynada etdiklərini Rusiya İranda edir"
Expressbank Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb
Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
Ən çox oxunanlar
Bayram günlərində işləyəcək banklar - SİYAHI
Azercell-dən xüsusi “OPPO” kampaniyası!
Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi
Neftdə 500 milyard dollarlıq risk barədə xəbərdarlıq
“Azərsun Holdinq” “SOS Uşaq Kənd”ində iftar verib
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib


















