“Apple” M2 prosessorlu yenilənmiş “MacBook Pro”nu təqdim edib - FOTO
Məhsul iyulun 1-i satışa çıxarılacaq. Bu gün – iyunun 24-dən etibarən “Apple” brendinin rəsmi reseller mağazalarında öncədən sifarişə start verilir.(®) İyunun 6-da “Apple” şirkətinin keçirdiyi WWDC 2022 konfransı çərçivəsində yeni “MacBook Pro”nun təqdimatı baş tutub. Yeni məhsulun displeyinin diaqonalı 13 düymdür.
Yeni “MacBook Pro 13” M2 prosessoru ilə təchiz edilib. 8 “icraçı”, 10 qrafik nüvəyə malikdir. Yeni prosessor təsvirlərin emalı baxımdan sələfi M1 prosessorundan 39% daha güclüdür. Məhz M2 prosessoru enerji toplamadan “MacBook Pro 13”də 20 saatadək video izləməyə imkan verir. Aktiv soyutma sistemi prosessorun qızmasının qarşısını alır. “MacBook Pro 13” 24 GB-dək operativ yaddaşı dəstəkləyir. Daxili toplayıcının həcmi 2 TB-dək ola bilər.

Retina-ekran artıq P3 rəng qamması ilə təchiz edilib, bu isə təsvirlərlə işləyənlər üçün çox faydalıdır. Displey 500 nitədək maksimum parlaqlığı dəstəkləyir. Bu yeniliklər rəngləri daha dəqiq əks etdirir ki, bu da dizaynerlər üçün son dərəcə vacibdir.
Yeni makbukun daha bir sevindirici yeniliyi studiya səviyyəli mikrofonlardır. Məhz bunn sayəsində müxtəlif podkastların yazılmasında xarici mikrofonlardan istifadə etməyə ehtiyac qalmır.

Azərbaycanda yeni “MacBook Pro 13” 3199 AZN-dən başlayan qiymətlətlə təklif olunur.
Məhsul iyulun 1-i satışa çıxarılacaq. Bu gün – iyunun 24-dən etibarən “Apple” brendinin rəsmi reseller mağazalarında öncədən sifarişə start verilir: Alma Store, Baku Electonics, Irshad, Kontakt Home.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















