"Rusiyada Azərbaycan şərabına tələbat artıb"
"Rusiyada Azərbaycan şərabına tələbat artmağa, ixrac sifarişləri aktivləşməyə başlayıb".
Bunu açıqlamasında "Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Elçin Mədətov deyib.
"Fevralın sonundan başlayaraq sifarişlərində durğunluq yaranmışdı. Bu aydan isə sifarişlərdə aktivlik hiss olunur. Dondurulmuş sifarişlər belə aktivləşib. Hətta indiyə qədər Azərbaycanla işləməyən Rusiya şirkətləri bizimlə əməkdaşlığa maraq göstərirlər”, - deyə o, qeyd edib.
Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Avropanın, eləcə də qonşu Gürcüstanın şərab istehsalçları məhsullarını Rusiyaya göndərə bilmirlər: "Bu isə bizə imkan verir ki, Rusiyaya ixracı genişləndirək. Hazırda qonşu ölkənin bir neçə ticarət şəbəkəsi ilə danışıqlar gedir. Rusiya tərəfi Azərbaycanla ortaq layihələr həyata keçirmək istəyir. Azərbaycan əmtəə nişanı adı altında hər hansı məhsulu süzüb, Rusiya bazarına aparmaq istəyirlər. Ümid edək ki, bu səylər müsbət nəticələnər”.
E.Mədətov Azərbaycan şərablarının Avropaya ixrac imkanlarına da münasibət bildirib: "Avropa ölkələrindən yalnız Polşa, Belçika və Ruminiyaya məhsul göndərə bilirik. Çünki Avropa bazarı çox konservativdir və buraya ixracı genişləndirmək bir qədər çətindir. Odur ki, məhsullarımızın 80 %-i Rusiya bazarına göndərilir".
2021-ci ildə Azərbaycan cəmi 4 milyon ABŞ dolları dəyərində 3 milyon şüşə şərab ixrac edib. Bu, ölkədə istehsal olunmuş şərabın 20-30%-i deməkdir. Qalan məhsul - təxminən 11 milyon şüşə şərab ölkə daxilində satılıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























