Dövlət yaxın zamanda iri ayaqqabı fabrikini özəlləşdirməyə açıq elan edəcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Bakı Ayaqqabı Fabriki” ASC-nin özəlləşdirilməsi məqsədilə yaxın zamanda investisiya müsabiqəsi keçiriləcək. Marja xəbər verir ki, yaxın günlərdə özəlləşdirməyə potensial investorların cəlb edilməsi məqsədilə fabrikin fəaliyyəti, infrastrukturu, təchizatı barədə ictimaiyyət məlumatlandırılacaq.
Fabrik Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşir.
"Bakı Ayaqqabı Fabriki" 2018-ci ildən fəaliyyət göstərən "ASK Ayaqqabı Fabriki" MMC-nin bazasında bu günlərdə yaradılıb. Şirkətin nizamnamə kapitalı 3 milyon 45 min 102 manat və yaxud 38,8 % azaldılaraq 10 milyon 896 min 896 manatdan 7 milyon 851 min 794 manata endirilib. Nizamnamə kapitalının yeni məbləği son dövrün maliyyə və iqtisadi göstəriciləri əsasında müəyyən edilib. Bu zaman müəssisənin əsas vəsaitlərinin, bina, tikili, qurğu və digər aktivlərinin aşınma nəzərə alınmaqla mövcud bazar dəyəri, debitor və kreditor borcları, anbardakı xammal, material və hazır məhsullar, hesablaşma hesabındakı vəsait, bağlanmış və icrası davam edən müqavilələr və digər amillər nəzərə alınıb.
Azərbaycan Prezidentinin 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisə və obyektlər, o cümlədən “ASK Ayaqqabı” MMC özəlləşdirməyə açıq elan edilib və Əmlak Məsələləri Dövlət Xidmətinə həmin müəssisələrin özəlləşdirilməsi ilə bağlı zəruri təbirlərin həyata keçirilməsi həvalə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























