Auditorlar Palatasının mənfəəti 19% azalıb
Auditorlar Palatası 2021-ci ili 146 min manat mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2020-ci illə müqayisədə 19,3% azdır.
Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 1,261 milyon manat (əvvəlki ilə nisbətən 20,9 % çox), o cümlədən üzvlük haqlarından gəlirləri 1,046 milyon manat (2,4 % çox), ixtisasartırma və imtahan gəlirləri 30 min manat (36,4 % çox), qrant və ianələrdən gəlirləri 36 min manat (əvvəlki il olmayıb), ümidsiz borclar üzrə ehtiyatların azalması hesabına gəlirləri isə 149 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 1,116 milyon manat (29,5 % çox), o cümlədən işçilərə çəkdiyi xərcləri 572 min manat (25,4 % çox), ezamiyyə xərcləri 6 min manat (66,7 dəfə çox), məlumat və reklam xərcləri 94 min manat (64,9% çox), çap və mətbuat xərcləri 21 min manat (2,1 dəfə çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 87 min manat (64,2 % çox), amortizasiya və qiymətdən düşmə xərcləri 38 min manat (2,1 dəfə çox), rabitə xərcləri 26 min manat (18,2 % çox), üzvlük haqqı xərcləri 20 min manat (4,8 % az), audit və peşəkar məsləhət xidmətləri xərcləri 36 min manat (2 dəfə çox), sair əməliyyat xərcləri 151 min manat (3,1 dəfə çox), bank xərcləri 8 min manat (2 dəfə çox), konfrans xərcləri 53 min manat (əvvəlki il olmayıb), icazə xərcləri isə 4 min manat (2,5 dəfə az) olub.
Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 787 min manat olub ki, bu da illik müqayisədə 25,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 23,1 % artaraq 64 min manata, balans kapitalı isə 25,3 % artaraq 723 min manata çatıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
1 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
1 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Ən çox oxunanlar
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti












.jpg)









.jpg)


