Dövlət Xidməti kapitalı 7,8 milyon manat olan fabrikin özəlləşdirilməsində iştiraka dəvət edir
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə iyunun 30-da “Bakı Ayaqqabı fabriki” Açıq Səhmdar Cəmiyyətinə mediatur təşkil edilib.
Tədbirin məqsədi media vasitəsilə sahibkarları və ictimaiyyəti müəssisə haqqında məlumatlandırması, potensial investorların cəlb edilməsidir.
İlk olaraq KİV nümayəndələri müəssisədə istehsal prosesi ilə tanış olublar. Media mənsublarına texnoloji avadanlıq, istehsal olunan məhsul, istifadə olunan xammal və materiallar, sifarişçilər, müəssisənin özəlləşdirilmə perspektivi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də “Bakı Ayaqqabı fabriki”dir.
Sərəncamın icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlər görülüb, mövcud qanunvericiliyə uyğun olaraq müəssisədə özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma işləri təşkil edilib, “Bakı Ayaqqabı fabriki” ASC təsis olunub və investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi qərara alınıb. Müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı müəyyən olunub və 7 milyon 852 min manat olmaqla, hər birinin nominalı 2 manat olan 3 milyon 926 min səhmə bölünüb.
Dövlət Xidməti potensial investorları özəlləşdirmədə iştiraka dəvət edir. İnvestorlar daha ətraflı məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər.
Qeyd edək ki, “Bakı Ayaqqabı fabriki” ASC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəl Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























