Bloomberg: Ukrayna sentyabrda 1,4 milyard dollar xarici borcunu ödəməlidir
Agentlik bildirir ki, Kiyev borcun restrukturizasiyasını və ya Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarından istifadə etmək imkanını tələb edə bilər.Ukrayna 1,4 milyard dollara yaxın xarici borcunu, o cümlədən faizləri sentyabrın 1-də ödəməlidir. Ölkə hakimiyyəti öhdəliklərini yerinə yetirmək yollarını tapmağa çalışır.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Bloomberg məlumat yayıb.
Agentlik öz hesablamaları əsasında məbləği təyin edib. Adının çəkilməsini istəməyən mənbələrə görə, Kiyev kreditorlara borcun restrukturizasiyasını təklif edə bilər. Digər variant isə Kiyevə Qərbə Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatlarından istifadə etmək imkanı verməkdir. Lakin sonuncu variant hüquqi baxımdan mübahisəlidir. Beynəlxalq Valyuta Fondu ilə də danışıqlar aparılır.
Kreditorlar Ukraynanın çıxış yolu tapmaq qabiliyyətinə şübhə edirlər. Ölkənin borc öhdəliklərinin dəyəri aşağı düşüb, ödəmə müddəti sentyabrda başa çatan öhdəliklər isə artıq 40% azalıb. Kiyev xarici öhdəliklərini yerinə yetirməsə, bu, gələcəkdə onun qlobal maliyyə bazarına çıxışına mənfi təsir göstərəcək.
Bloomberg xatırladır ki, münaqişə nəticəsində Ukraynanın ÜDM-nin 30% azalacağı gözlənilir. Bu şəraitdə ölkə hakimiyyət orqanları kənar dəstəyə baxmayaraq, büdcənin icrasında çox böyük çətinliklər yaşayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
11 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
11 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
11 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 12 saat əvvəl
-
13 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb











.jpg)











