ABŞ iqtisadiyyatında tənəzzül başlayıb - Wells Fargo
Wells Fargo-nun məlumatına görə, ABŞ iqtisadiyyatı yüksək inflyasiya, istehlakçı inamının azalması və investisiyaların zəifləməsi ilə tənəzzülə girib.ABŞ-ın maliyyə xidmətləri şirkəti Wells Fargo-nun strateqləri 2022-ci ilin ikinci yarısından etibarən ABŞ-ın tənəzzülə girdiyini bildiriblər.
Marja xəbər verir ki, Bankın investisiya bölməsində Qlobal bazarlar üzrə Baş strateq Sameer Samana deyib: “Təzzülün texniki tərəfi var, sonra istehlak və məşğulluqda gözlənilən pisləşmə var. Texniki hissə ilin birinci yarısında yaşanıb. İlin ikinci yarıda məşğulluq və istehlakda pisləşmə baş verəcək” deyib.
Wells Fargo-nun məlumatına görə, işsizlik səviyyəsi bu ilin sonunda 4,3 faiz, 2023-cü ilin sonunda isə 5,2 faiz təşkil edəcək. Əvvəlki hesablamalar müvafiq olaraq 4,4 və 3,8 faiz idi. Samana, iyun ayında inflyasiyanın illik 8,8 faizə yüksələcəyini, FED-in qiymət artımlarını cilovlamaq üçün faiz artımında daha aqressiv olacağını və bunun əmək bazarını və investisiyaları şoka salacağını söyləyib.
Wells Fargo ABŞ iqtisadiyyatında tənəzzülün (böhranın) başladığını deyən ilk qurumlardan biridir. Qurum ötən ay yaydığı açıqlamasında ilin sonuna qədər tənəzzül gözləmədiyini bildirmişdi. Wells Fargo-nun müxtəlif departamentlərində çalışan bəzi iqtisadçılar ən azı 2023-cü ilin ortalarına qədər tənəzzül gözləmirdilər.
Həmçinin "Nomura"dan "Guggenheimand"a qədər bir çox qurum da ilin sonuna qədər tənəzzül gözləyir.
ABŞ iqtisadiyyatı ilin birinci rübündə 1,6 faiz kiçilib. Fed-in Atlanta filialının məlumatına görə, ikinci rübdə də eyni sürətlə azalma olacaq. İkinci rübdə də iqtisadiyyat azalsa, ölkə iqtisadiyyatı texniki tənəzzülə düçar olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)


