Bakı-Gəncə-Bakı qatarında gediş haqqı azaldılır - YENİ QİYMƏTLƏR
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarda mövsümi endirim kampaniyasına start verib.
Marja QSC-yə istinadən xəbər verir ki, bu gündən etibarən üç ay müddətində sözügedən marşrut üzrə standart yerlər üçün satılan biletlərin qiymətində 25 faizlik endirim tətbiq olunur.
Kampaniya çərçivəsində sərnişinlər standart (ekonom) yerlər üçün 15 manat ödəyərək səfər edə biləcəklər. Biznes və birinci klass yerlərə gediş haqqı dəyişilmədən saxlanılır.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik fəaliyyət göstərir. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxır və 21:35-də Bakıda olur. Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edir.
Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























