"Azercell" gəlirlərini və mənfəətini açıqladı
Şirkət hər gün orta hesabla 1 milyon 348 min manat gəlir əldə edib."Azercell Telekom" MMC 2021-ci ili 121 milyon 175 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2020-ci ili 104 milyon 166 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Azercell Telekom"un xalis mənfəəti 17 milyon 9 min manat və ya 16,3% artıb.
Marja.az "Azercell Telekom" MMC-nin 31 dekabr 2021-ci il tarixində başa çatan il üzrə MHBS-ə uyğun konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə Azercell-in satışdan cəmi gəlirləri 455 milyon 381 min manat ikən, 2021-ci ildə 492 milyon 91 min manata yüksəlib.
2020-ci illə müqayisədə 2021-ci ildə Azercell-in satışdan cəmi gəlirləri 36 milyon 710 min manat və ya 8,1% artıb.
"Azercell Telekom" ötən il hər gün orta hesabla 1 milyon 348 min manat satış gəliri, 332 min manat xalis mənfəət əldə edib.
2021-ci ildə "Azercell Telekom"un cəmi gəlirləri 492 milyon 871 min manat, cəmi xərcləri 371 milyon 696 min manat təşkil edib. 2020-ci ildə Şirkətin cəmi gəlirləri 457 milyon 60 min manat, cəmi xərcləri isə 353 miylon 394 min manat təşkil etmişdi.
"Azercell Telekom"un ödədiyi mənfəət vergisi 44 milyon 977 min manatdan (2020-ci il) 27 milyon 128 min manata (2021-ci il) düşüb.
31 Dekabr 2021-ci il tarixində "Azercell Telekom" MMC 673 milyon 992 min manat bölüşdürülməmiş xalis mənfəətə malik olub.
2020-ci illə müqayisədə 2021-ci ildə "Azercell Telekom" şirkətinin cəmi aktivləri 126 milyon 676 min manat və ya 16,2% artaraq 910 milyon 61 min manata çatıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















