Hakaton yarışı keçiriləcək - 5000 MANATADƏK MÜKAFAT
09-11 sentyabr 2022-ci il tarixlərində Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışı keçiriləcək.
Yarış Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək verilməsi məqsədi ilə təşkil olunub. Bu xüsusda, “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakatonu enerji və əşyaların interneti, enerji və süni intellekt, enerji və rəqəmsal iqtisadiyyat kateqoriyaları üzrə keçiriləcəkdir.
Yarışın şərtlərinə görə ilk üç yeri tutan komanda müvafiq olaraq 5000 manat, 3000 manat və 2000 manat məbləğində mükafata layiq görüləcəklər. Bundan başqa daha iki komandaya 500 manat məbləğində həvəsləndirici mükafat təqdim ediləcəkdir.
Hakatonda iştirak etmək istəyənlər avqustun 20-dək təşkilat komitəsinə müraciət ünvanlaya bilərlər.
Yarışın iştirak qaydaları və müraciət forması ilə keçid vasitəsilə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























