SİMA-nın ilk BOKT tərəfdaşı “AzKredit” oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
İnteqrasiya prosesinə əsasən “AzKredit” SİMA-nın ilk BOKT tərəfdaşı oldu. Bundan sonra BOKT “AzKredit” müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq nağd pul krediti əldə edə biləcəklər. Belə ki, nağd pul krediti üçün BOKT “AzKredit”ə müraciət edən və müsbət cavab alan müştərilər sənədlərin imzalanmasını SİMA vasitəsilə məsafədən və operativ həyata keçirə biləcəklər.
Kredit məbləği müştəriyə iki formada təqdim olunur. 15.000 AZN-ə qədər məbləğdə olan kreditlər müştəriyə BOKT tərəfindən təqdim olunan kartlara və ya müştərinin istəyindən asılı olaraq təqdim etdiyi bank hesabına köçürülür. 15.000 AZN-dən çox olan kredit məbləği isə müştərinin təqdim etdiyi bank hesabına köçürülür. Hər iki halda SİMA kredit əldə edən BOKT müştərisini vaxt itkisindən xilas edir. İmzanın vətəndaşlar üçün pulsuz olması isə əlavə xərclərə qənaət etməyə imkan verir.
SİMA vasitəsilə gələcəkdə digər BOKT-ların məhsullarından da yararlanmaq mümkün olacaq. Yeni nəsil rəqəmsal imzadan istifadə edərək BOKT-larla yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





