Qafqaz Motor-Şou 2022 işini başa vurdu
Təhlükəsizlik, Ekologiya, Zövq. Məhz bu deviz altında 29-31 iyul tarixlərində Qəbələ şəhərində Azərbaycan Avtomobil Dilerləri Asossasiasının (AADA ) ənənəvi “Qafqaz Motor Şou” avtomobil sərgisi təşkil edildi.
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə baş tutan “Qafqaz Motor Şou” da ölkəmizdə fəaliyyət göstərən rəsmi dilerlərin təqdim etdiyi avtomobil markaları iştirak edirdi. Sərginin ilk günü 29 iyul əsasən iştirakçıların Qəbələyə gəlişi, stendlərin tərtibatı, rəsmi açılış mərasiminə hazırlıq və modellərin sərbəst nümayişinə həsr olundu. Ertəsi gün - 30 iyul olduqca gərgin qrafik əsaslnda keçdi: hadisələr sürətlə cərəyan edirdi. Forumun ilk tədbiri «Təhlükəsizlik , Ekologiya, Zövq» mövzusunda konfrans oldu. Konfransda media nümayəndələri və avtomobil sektorunun rəhbər şəxsləri iştirak edirdi. Ekoloji təmiz avtomobillərin təşviqinin gücləndirliməsi üçün rəsmi avtomobil idxalçıları, media və dövlət qurumları tərəfindən hansı addımlar atılmalıdır? AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyevin giriş sözündən sonra konfrans iştirakçıları bu suala cavab axtardılar, maraqlı təkliflər irəli sürdülər.
Konfrans zalında qızğın müzakirələr davam edərkən, Qəbələ yaxınlığında, Dəmiraparan çayının vadisində sərginin digər iştirakçıları - «Club 4X4» üzvləri inanılmaz «off-road» şousu ilə yerli əhalini və turistləri heyrətləndirə bildilər. Bu klubun sürücüləri insan ayağı dəyməyən yerləri avtomobillə fəth etməyə qadirdilər.
Az sonra daha bir hadisə turistləri yenidən smartfonlarını tuşlayıb, videolar çəkməyə və sosial şəbəkələrdə paylaşmağa vadar etdi. «Vintage Garage» klubunun üzvləri yaşı 60-dan çox olan avtomobilərlə Qəbələ şəhərinin ən populyar otellərinin ərazisində keçən effektli yürüş gerçəkləşdirdilər.
Sərginin açılış mərasimi isə 19:00-da başlandı. AADA sədri Natiq Zərbəliyev qonaqları salamlayaraq motor-şou iştirakçılarını təqdim etdi. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə bu il iştirakçılaırın sayı daha çox idi: 20 avtomobil markasına mənsub 30 dan çox tam yeni model ziyarətçilərə təqdim edildi. Ən lüks seqmentdə olan avtomobildən büdcə avtobilinə qədər istənilən sinfli avtomobillər sərgiyə gözəllik qatdı. Bu forumda nümayiş etdirilən elektrik və hibrid avtomobillər izləyicilər tərəfindən xüsusi marağa səbəb oldu.
31 iyul səhər saatlarında iştirakçı şirkətlərin nümayəndələri və media işçilərinin qatıldığı kartinq yarışı təşlik edildi. Kompromiissiz mübarizə şəklində keçən yarışın qalibi Cahan Motorsun direktoru Adil Axundov oldu. Daha sonra təşkilarçılar və tərəfdaşların nümayəndələrinin iştirakı ilə daha bir yarış oldu, bu dəfə AADA sədri Natiq Zərbəliyev qalib gəldi.
Sərginin son günü saat 20:00-a qədər avtomobil nümayişləri davam etdi. Daha sonra iştirakçılara xüsusi nominasiyalar üzrə diplomlar və mükafatlar təqdim edildi.
Sərginin rəngarəng keçməsinə “Regional İnkiaşaf İctimai Birliyi”nin üzvlərinində əməyi olub.
Sərgi günlərində iştirakçı şirkətlər və tərəfdaşlar tərəfindən təqdim edilən 300 dən çox hədiyyə xüsusi viktorinalar vasitəsiə ziyarətçilərə təqdim edildi.
«Qafqaz Motor Şou» sərgisini ənənəvi olaraq “Dervish Band” musiqi qrupu müşayyət edirdi. Ritmik musiqi sədaları altında AADA bir sıra media nümayəndəsini avtojurnalistikanın inkişafında xüsusi xidmətlərinə görə diplomlarla təltif etdi. Daha sonra media nümayəndələri üçün xüsusi ziyafət də təşkil edildi.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
2 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
6 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























