Apamark şirkəti Dövlət Dəniz Administrasiyasının saytını təhvil verdi
Müştərilərin istəklərinə uyğun həll yolları təqdim edən Apamark Marketinq və PR şirkəti Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəsmi saytı üzrə işləri uğurla yekunlaşdırdı.
İstifadəçilər üçün rahat interfeys
Əvvəlki ağır interfeysdən fərqli olaraq yeni saytda istifadəçilərə lazım ola biləcək birinci dərəcəli məlumatlar ön plana çəkilmişdir. İstifadəçilərin internetə daha çox mobil cihazlar vasitəsilə daxil olduqlarını nəzərə alaraq, sayt bütün mobil cihazlara adaptasiya edilmişdir.
Özəl proqramlaşdırma və google indeksasiyası
Saytın proqramlaşdırılması zamanı hər hansı bir hazır proqramlaşdırma kodlarında istifadə edilməmişdir. Google axtarış sisteminin indeksləməsi üçün saytın bütün URL strukturları qurulmuş, meta teqlər meta “descriptionlar” yerləşdirilmiş, sitemap.xml, robots.txt faylları əlavə edilmişdir. Saytda olan müraciət formalarını kütləvi SPAM məktublarının hücumundan qorunmaq üçün xüsusi təhlükəsizlik kodları əlavə edilmişdir. Bütün bunlarla yanaşı saytın rahat açılması üçün əvvəlki saytda olan bütün “flaş” elementləri ləğv edilmişdir.
İdarəetmədə tam rahatlıq və təhlükəsizlik
Saytın admin panel tərəfində saytı idarə edəcək şəxs üçün geniş imkanlar yaradılmışdır. Saytı idarə edəcək şəxs Apamark şirkətinin hər hansı bir dəstəyi olmadan da sayt üzrə istədiyi dəyişikliyi sərbəst şəkildə həyata keçirə biləcək. Bu dəyişikliklərə istənilən səhifənin aktiv və ya deaktiv edilməsi, yeni səhifələrin yaradılması, yeni məlumatların əlavə edilməsi, saytda əlavə dillərin yaradılması və həmin dillər üzrə sayt məlumatlarının doldurulması, SEO (Search Engine Optimization) sisteminin idarə edilməsi, saytın eyni anda bir neçə şəxs tərəfindən idarə edilməsi və s. kimi imkanlar yaradılmışdır. Sayt XDMX-nin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin yoxlanışından da uğurla keçmişdir.
KİV üçün bölmə
Şirkət, Dəniz Administrasiyasının saytında media nümayəndələri üçün xüsusi “KİV üçün” bölməsi yaratmışdır. Bu bölməyə daxil olanlar administrasiyanın bir neçə variantda təqdim olunmuş korporativ loqolarını, eləcədə də administrasiyadan müəyyən görüntülərin yüksək keyfiyyətli şəkil və videolarını öz məlumatlarında istifadə etmək üçün yükləyə bilərlər.
Qeyd edək ki, Apamark şirkəti müştərilərinə müxtəlif təyinatlı internet səhifələrin yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, Media yerləşdirmə, rəqəmsal marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM və s. kimi xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
15 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
2 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı





















