Manat kütləsi banklardan daha aşağı faizlərlə yığılacaq
Mərkəzi Bankın depozit hərracları keçirdiyi barədə demək olar ki, hər həftə məlmat veririk. Son depozit hərraclarda tələb təklifi çox üstələyir, lakin faiz dərəcəsi 12,01%-dən aşağı düşə bilmirdi. Səbəb faiz dəhlizinin (faiz dəhlizi) aşağı həddinin 12% olması idi.
"Marja" xəbər verir ki, 21 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilmişdir. İclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Beləliklə, depozit hərraclarında Manat banklardan daha aşağı faizlər ilə yığılacaq. Çünki, vəsaitlərin cəlb olunması (sterlizasiya xarakterli) faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 15%) arasında dəyişən faiz dərəcələri ilə aparılır. Qısası, Mərkəzi Bank Manat üçün daha aşağı faizlər ödəyəcək, gəlirliliyin azaldığını görən banklar Manat kütləsini Mərkəzi Bankda yerləşdirməkdənsə, real sektora yönəldə bilər.
Mərkəzi Bankın pul siyasəti alətləri arsenalına çərçivə alətləri, açıq bazar əməliyyatları üzrə alətlər, habelə məcburi ehtiyat normaları daxildir.
1.Çərçivə alətləri
Vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edir və bankların təşəbbüsü ilə Mərkəzi Bank tərəfindən təsbit olunmuş faiz dərəcələri ilə həyata keçirilir. Çərçivə alətləri bank sistemində likvidlik səviyyəsinin və beləliklə banklararası bazarda faiz dərəcələrinin kəskin dəyişmələrinin qarşısının alınmasında mühüm rol oynayır.
Vəsaitlərin cəlb olunması (sterilizasiya xarakterli) məqsədilə aparılan əməliyyatlar 1-7 günlük REPO əməliyyatları olmaqla, Mərkəzi Bankın əməliyyatlarının faiz dərəcələri dəhlizinin (faiz dəhlizi) aşağı həddi ilə aparılır.
Vəsaitlərin yerləşdirilməsi (emissiya xarakterli) məqsədilə aparılan əməliyyatlar 1-7 günlük əks-REPO əməliyyatları olmaqla, faiz dəhlizinin yuxarı həddi ilə aparılır.
2. Açıq bazar əməliyyatları üzrə alətlər
Açıq bazar əməliyyatları pul siyasətinin əməliyyat hədəflərinin reallaşdırılması məqsədilə dövriyyədə olan pul kütləsinin tənzimlənməsi və banklararası pul bazarında faiz dərəcələrinə təsir etmək məqsədilə Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilir.
Vəsaitlərin cəlb olunması (sterlizasiya xarakterli) məqsədilə açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında dəyişən faiz dərəcələri ilə aparılır və aşağıdakı əməliyyatlardan ibarətdir:
-Depozit əməliyyatları. Depozit əməliyyatları bir il müddətinədək, birbaşa və ya dolayı hərraclar vasitəsilə həyata keçirilə bilər. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə hərracdankənar depozit əməliyyatları da keçirilə bilər. Bu zaman bu əməliyyatların şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur.
-Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası. Qısamüddətli notlar Mərkəzi Bank tərəfindən buraxılan istiqrazlardır.
-REPO əməliyyatları: Mərkəzi Bankın portfelində mövcud qiymətli kağızlar həcmində Mərkəzi Bank tərəfindən qiymətli kağızların sonradan geri almaq şərtilə kommersiya banklarına satışıdır.
Vəsaitlərin yerləşdirilməsi (emissiya xarakterli) məqsədilə açıq bazar əməliyyatları uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında dəyişən faiz dərəcələri ilə aparılır və aşağıdakı əməliyyatlardan ibarətdir:
- Yenidənmaliyyələşdirmə kreditləri. Mərkəzi Bank tərəfindən birbaşa və ya dolayı hərraclar vasitəsilə 30 gün müddətinədək təminatlı əsasda yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Eyni zamanda Mərkəzi Bank tərəfindən aşağıdakı müddətlərdə hərracdankənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər:
-360 gün müddətinədək Mərkəzi Bankın uçot dərəcəsi ilə;
- 360 gündən yuxarı müddətə Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi- şərtlərlə.
Əks-REPO əməliyyatları. Mərkəzi Bank tərəfindən qiymətli kağızların kommersiya banklarından sonradan geri satmaq şərtilə alışıdır.
3.Məcburi ehtiyat normaları
Məcburi ehtiyat normaları ölkədə pul kütləsinin və bank sisteminin likvidliyinin tənzimlənməsində istifadə olunan pul siyasəti alətidir. Məcburi ehtiyat normaları banklar tərəfindən cəlb olunan vəsaitlərin Mərkəzi Bankda məcburi qaydada saxlanılan bir hissəsidir.
-Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məcburi ehtiyat norması əsasında bankların saxlamalı olduqları məcburi ehtiyatların məbləği hesablanır. Məcburi ehtiyatlar bankın hesablama bazasının (bankın milli və xarici valyutada, qiymətli metallarda cəlb etdiyi vəsaitlərdir) hesablama dövrü (hər ayın ilk təqvim günü başlayır və son təqvim günü bitir) üzrə orta günlük qalığı əsasında hesablanır.
-Hesablanmış məcburi ehtiyat saxlama dövrü (dövrü bitdikdən sonrakı ayın 15-ci təqvim günü başlayır və növbəti ayın 14-cü təqvim gününədək davam edir) ərzində bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 12 d. əvvəl
-
22 d. əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
-
31 d. əvvəl
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
- 49 d. əvvəl
-
50 d. əvvəl
Bərpa, Tikinti və İdarəetmə Xidməti 3,2 milyon manat xalis mənfəət əldə edib
- 11 saat əvvəl
-
15 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Nazirlikdə dövlət borcu yığıncağı
Ən çox oxunanlar
BOKT investorlara illik 18% gəlir təklif edir
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib























