"Rusiya sanksiya risklərinə görə Avrasiya İnkişaf Bankındakı payını Qazaxıstanın xeyrinə azalda bilər"
Sövdələşmə baş verərsə, Qazaxıstan bankın nəzarət edən səhmdarına çevrilə bilər.“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Rusiya sanksiyalar riskinə görə Avrasiya İnkişaf Bankının (AİB) nizamnamə kapitalındakı payını Qazaxıstanın xeyrinə azalda, onun nəzarət səhmdarı olmaqdan çıxa bilər.
Planla tanış olan üç nəfər bildirib ki, Rusiya kreditorun hədəfə alınması riskini azaltmaq üçün altı keçmiş sovet respublikası tərəfindən iqtisadi inteqrasiyanı təşviq etmək üçün yaradılmış Avrasiya İnkişaf Bankındakı əsas payından əl çəkməyi planlaşdırır.
Marja Bloomberg-in məlumatına istinadən xəbər verir ki, sövdələşmə baş verərsə, Qazaxıstan bankın nəzarət paketinə sahib ola bilər.
Hazırda Avrasiya İnkişaf Bankının 65,97%-i Rusiyaya, 32,99%-i Qazaxıstana, 1%-ə yaxını Belarusa, qalan hissəsi isə Tacikistan, Ermənistan və Qırğızıstana məxsusdur.
Avrasiya İnkişaf Bankı iqtisadi əlaqələrin genişləndirilməsi və iştirakçı ölkələrin: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərtərəfli inkişafı məqsədi ilə Avrasiya məkanında investisiya fəaliyyətini həyata keçirən beynəlxalq maliyyə təşkilatıdır. Bankın portfelində əsas payı nəqliyyat infrastrukturu, rəqəmsal sistemlər, yaşıl enerji, kənd təsərrüfatı, sənaye və mühəndislik sahələrində inteqrasiya effekti olan layihələr yer tutur.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu








.jpg)








