UNEC ilə PAŞA Həyat Sığorta arasında memorandum imzalanıb
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “PAŞA Həyat Sığorta" ASC arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair əməkdaşlıq memorandumunun imzalanması məqsədilə tədbir keçirilib.
Universitetin yaydığı məlumatda bildirilir ki, tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, “PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, universitetin struktur rəhbərləri və şirkətin nümayəndələri iştirak ediblər.
Rektor Ədalət Muradov tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə UNEC-in real sektorla əlaqələrinin genişləndirilməsinin, eləcə də təhsil sektorunda əmək bazarı arasındakı münasibətlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Həmçinin, rektor “UNEC Extern” mərkəzinin onlayn təhsil sistemindəki əhəmiyyətli rolundan danışıb. 50 hibrid laboratoriyanın uğurla fəaliyyət göstərdiyini və cari tədris ilində daha 50 hibrid laboratoriyanın istifadəyə veriləcəyini açıqlayıb. Rektor Ədalət Muradov "PAŞA Həyat Sığorta" ASC ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.
"PAŞA Həyat Sığorta" ASC-nin şirkətinin sədri Niyaz İsmayılov şirkətin fəaliyyətindən, məzunların məşğulluğunun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu və ixtisasla yanaşı, praktiki bacarıqlara yiyələnməyin vacibiliyini vurğulayıb. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr, rəhbərlik etdiyi şirkətdə işçilərin böyük faizinin məhz bu ali təhsil müəssisəsinin məzunları olduğunu və hazırda UNEC tələbələrinin şirkətdəki Data Science, Statistika və Ekonometrika üzrə təcrübə proqramlarında aktiv iştirak etdiyini bildirib. Niyaz İsmayılov qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyini vurğulayıb.
Sonra hər iki tərəf arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə əsasən, tərəflər arasında “UNEC Məzunlarının Məşğulluğu” layihəsinin həyata keçirilməsi, tələbə və məzunların sığorta sahəsində maarifləndirilməsi, sığorta sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























