Dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı proqnozlar pisləşir
İqtisadçılar zəif Çin iqtisadi məlumatlarından sonra bu il iqtisadi artımın daha da yavaşlayacağını gözləyirlər.Çin iqtisadiyyatı bu il daşınmaz əmlak bazarındakı zəif satış və Covid-19-un yaratdığı tədarük problemlərilə əlaqədar olaraq gözləniləndən daha çox yavaşlaya bilər.
Marja xəbər verir ki, bu gün açıqlanan Çininin iyul ayı iqtisadi məlumatlarından və Çin Xalq Bankının sürpriz faiz endiriməsindən sonra bəzi iqtisadçılar və qurumlar ölkə üzrə iqtisadi artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçiriblər.
ING Groep və TD Securites bu il üçün artım proqnozlarını müvafiq olaraq 4 və 2,9 faizə endiriblər. Nomura Holdings isə 3,3 faiz artım gözlədiklərini və "hələ də çox optimist" olduqlarını bildirib.
Yeni növ koronavirusa yoluxanların artması səbəbində iqtisadi göstəricilər iyul ayından daha pis olublar. Bu zəif gedişatı geri qaytarmaq üçün Çin hökuməti Covid-19 ilə bağlı vəziyyəti yaxşılaşdırmalı və daşınmaz əmlak sektoruna investisiya qoymalıdır.
Məlumatlar göstərir ki, hazırda daxili tələb kifayət qədər zəifdir. Bu gün gözlənilməz faiz endirimi siyasətçilərin narahat olduğunu və jest etmək istədiyini göstərir. Ölkədə sənaye istehsalı yavaşlayıb, lakin ixrac yaxşı gedir. Bu, daxili tələbin zəifliyindən xəbər verir. Aşağı düşən pərakəndə satış məlumatları istehlakçı tələbinin kövrək olduğunu və daha çox stimullaşdırmaya ehtiyac olduğunu göstərir. Payızda Kommunist Partiyasının qurultayından sonra iqtisadiyyat açılsa, 2022-ci ildə 3,5 faiz artım əldə edilə bilər.
İqtisadçılara görə, Mərkəzi Bankın uçot dərəcəsini endirməsi iqtisadiyyatda yavaşlamanın yenidən başladığının bariz göstəricisidir. Eniş dövrü başlayıb və bu, təkcə mənzil sektorunda deyil, faizlərin endirilməsi bütün iqtisadiyyatın problem içində olduğunu göstərir.
Yüksək işsizlik səviyyəsi, zəif kredit artımı, bəzi kateqoriyalar üzrə pərakəndə satış və sənaye istehsalının azalması daxili tələbin yavaşlamasından xəbər verir.
Davamlı məhdudiyyətlər ölkədə istehlakın azalmasına səbəb olub. İqtisadçılar hesab edirlər ki, iş yerlərinin yaradılması üçün daha aqressiv tədbirlər və daha geniş stimullar olmalıdır.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu








.jpg)











