2017-ci il dövlət büdcəsinə yenidən baxılmasının səbəbləri açıqlanıb
Bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədar olaraq 2017-ci il dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranıb.
Bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində deyilir.
Sənəddə deyilir ki, yenidən baxılma zamanı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğun olaraq ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi məqsədilə müvafiq xərclərin, lisenziyası ləğv edilmiş banklarda əmanətçilərin qorunan əmanətlərinin 100% ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması məqsədilə Fondun nizamnamə kapitalının, avtomobil və dəmir yollarının, elektrik paylayıcı şəbəkələrinin, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması və digər layihələr ilə bağlı beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan tərəfinin iştirak payının, həmçinin xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, respublikanın şəhər və rayonlarında yeni tikilmiş uşaq bağçılarının istismara verilməsi ilə bağlı maliyyə təminatının yaradılması, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsil müəssisələrinin saxlanılması xərclərinin və bir sıra zəruri xərclərin tənzimlənməsi nəzərdə tutulur.
Yuxarıda qeyd olunan xərclərin maliyyələşdirilməsində Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin maliyyə nəticələrinə görə əldə edilmiş mənfəətindən ayırmalardan, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğun olaraq tətbiq olunan sanksiya və cərimələrin həddinin artırılması və beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payından formalaşan gəlir üzrə proqnozlaşdırılan daxilolmalardan, büdcə təşkilatlarının əlavə büdcədənkənar gəlirlərindən, bir sıra xərclər üzrə tətbiq edilən azalmalar hesabına yaranan sərbəst vəsaitdən, həmçinin 2017-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından istifadə olunacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
10 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
11 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
11 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq

















.jpg)




.jpg)

