MG Motors və AFFA tərəfdaş oldular - MÜQAVİLƏ İMZALANDI
MG avtomobilləri Azərbaycan milli komandalarının tərəfdaşı olacaq.Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “ASIA Motors” MMC (MG Motors Azerbaijan) arasında tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib.
Müqaviləni AFFA-nın baş katibi Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov imzalayıb.
Anlaşmaya əsasən, “MG Motors Azerbaijan” 1 il ərzində AFFA və Azərbaycan milli komandalarının tərəfdaşı olacaq.
Baş katib Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov tədbirdə çıxış edərək tərəfdaşlıq müqaviləsinin hər iki tərəf üçün faydalı olacağına əminliklərini bildiriblər.
Sonra Elmir Xəlilov MG avtomobilləri ilə bağlı təqdimatla çıxış edib.
Tədbirə MG avtomobillərinə baxış keçirilməsi ilə yekun vurulub.
İstehsalı 1924-cü ildən başlayan MG bir əsrlik tarixi ərzində dinamik və komfortlu idman avtomobilləri istehsal edərək, özünü ən müsbət tərəfdən təsdiq etmişdir. Yüksək səviyyədə Böyük Britaniyada əsası qoyulmuş MG hazırda dünya üzrə satış edir və eyni zamanda sürətlə genişlənməyə və inkişaf etməyə başlamışdır. Bu proses 2021 ci ildə daha çox qərbi və şərqi Avropada özünü qabarıq şəkildə göstərməyə nail olmuşdur.
MG Çinin ən nəhəng və məşhur SAIC Motors avtomobil zavodunda istehsal olunaraq dünyanın bir çox ölkəsinə ixrac olunur.
Praktik və sərfəli yolsuzluq, sedan, hetçbek, SUV və pikaplarını təklif edən MG hazırda genişlənən distribyuter və diler şəbəkəsi ilə Böyük Britaniyada ən sürətlə inkişaf edən avtomobil markasıdır.
Londonun Marylebone şəhərində dizayn edilmiş və bir neçə ölkədə ən müasir zavodlarda istehsal olunan bugünkü MG - geniş, texnologiya ilə dolu və müasir həyat üçün mükəmməl seçimdir. Burada rahatlıq və təhlükəsizlik üçün 360 dərəcə kamera sistemi, MG parklanma assistenti texnologiyasının ön və arxa park radarları, qızdırılan güzgülər və avtomatik ön fənərləri kimi təchizat toplusu avtomobili çox rahat və arxayın idarə etmək üçün zəmin yaradır.
ASIA Motors olaraq bizim də məqsədimiz MG-ni dünya şöhrətli edən dəyərlərini inkişaf etdirmək, insanların sürməyi və sahib olmağı sevdiyi lüks Britaniya avtomobillərini sərfəli qiymətlərlə və şərtlərlə təklif etməkdir.
MG hər zaman yenilikçi, hər zaman kreativ və hər zaman əyləncəli olub!
HƏMÇİNİN OXU: Azərbaycanda yeni avtomobil markası - SUV MODELİNİN SATIŞI BAŞLADI
HƏMÇİNİN OXU: Azərbaycana yeni SUV avtomobili gətirilib, satışı başlayıb - QİYMƏT
HƏMÇİNİN OXU: Daha bir avtomobil markası Azərbaycanda!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
-
26 d. əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
31 d. əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
2 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib























