Azərbaycan, İran və Rusiya gömrük xidmətləri arasında Anlaşma Memorandumu imzalandı
Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Azərbaycanın İrandakı Səfirliyindən məlumat verilib.
Məlumata görə, Anlaşma Memorandumu İranın paytaxtı Tehranda Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş zamanı imzalanıb.
Həmçinin, bu işləri koordinasiya edəcək üç ölkə gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub.
Görüşdə çıxış edən Ş. Bağırov gömrük xidməti orqanlarının ilk üçtərəfli tədbirinin əhəmiyyətini vurğulayıb və bildirib ki, bu formatda belə görüş ilk olaraq keçirilir.
Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu qeyd edilib və hər üç ölkənin iştirakı ilə imzalanan tranzitin asanlaşırılması üzrə Memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan-Rusiya marşurutu üzrə sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq.
Qeyd olunub ki, Azərbaycanın işgaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək.
Görüş zamanı vurğulanıb ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq.
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
47 d. əvvəl
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
- 53 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
16 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
Bank 40-cı filialını Göyçayda açdı
BİRMARKET-də ŞOOOK Cümə!
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Fabrik avadanlıqları satışa çıxarılıb
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq












.jpg)








.jpg)



