SOCAR-ın nümayəndə heyəti "Mərkəzi Azəri" platformasına səfər edib
2022-ci il avqustun 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü İsrafil Məmmədov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə SOCAR-ın nümayəndə heyəti "Mərkəzi Azəri" platformasına səfər edib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, səfər “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi çərçivəsində 2005-ci ildə istismara verilən və sutkada 420 min barel neftin texnoloji emal edilməsi üçün nəzərdə tutulan “Mərkəzi Azəri” platformasına yerində baxış keçirmək, onun fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.
Nümayəndə heyətinə “Mərkəzi Azəri” platformasının idarə olunması, cari əməliyyatları, müasir texnoloji və təhlükəsizlik sistemləri, həmçinin nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.
Görüşdə SOCAR-ın prezidenti Rövşən Nəcəf “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun bundan sonra da Azərbaycan və dünya neft sənayesinin inkişafına dəyərli töhfə verməyə davam edəcəyini vurğulayıb.
Daha sonra platformanın qaz və su vurma turbinləri, ixrac nasosları, qazma sahəsi və digər obyektlərinə tur təşkil edilib.
Sual-cavab sessiyası ilə davam edən tədbirin sonunda “Mərkəzi Azəri” platformasının fasiləsiz və təhlükəsiz əməliyyatlarının təmin edilməsinə verdikləri töhfəyə görə bp-nin bir neçə əməkdaşı təşəkkürnamə ilə təltif edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























