"Cənub Qaz Dəhlizi" şirkətinin xalis mənfəəti 61 dəfə artıb
"Cənub Qaz Dəhlizi" QSC 2021-ci ili 795 milyon 397 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 13 milyon 72 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə QSC-nin xalis mənfəəti təxminən 61 dəfə artıb. Artım gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, 2020-ci ildə "Cənub Qaz Dəhlizi" QSC-nin əsas əməliyyat gəlirləri 861 milyon 551 min manat ikən, 2021-ci ildə 1 milyard 763 milyon 92 min manata yüksəlib (2 dəfə artıb).
Ötən il "Cənub Qaz Dəhlizi"ndə satışın maya dəyəri 11,2% arataraq 295 miylon 534 min manatdan 328 milyon 717 min manata, əməliyyat mənfəəti isə 3,1 dəfə artaraq 363 milyon 738 min manatdan 1 milyard 130 milyon 710 min manata yüksəlib. Ötən il 395, milyon 505 min manatlıq maliyyə xərcləri əməliyyat mənfəətinin böyük hissəsini silmişdi.
31 Dekabr 2021-ci il tarixində "Cənub Qaz Dəhlizi" QSC 12 milyard 672 milyon 722 min manat cəmi aktivlərə və 24 nəfər işçiyə malik olub.
Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Respublikasının Prezidenti 29 oktyabr 2013-cü il tarixində Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (“SD2”), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (“SCPX”), Trans-Anadolu Boru Kəməri (“TANAP”) və Trans-Adriatik Boru Kəməri (“TAP”) layihələrinin (birlikdə “Layihələr”) səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalamışdır.
“Cənub Qaz Dəhlizi” QSC (CQD) layihələr üzrə dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə yaradılmıb. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılmışdır. CQD-nin adından Layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























