Avropa Mərkəzi Bankı son 24 ildə ilk dəfə 75 bənd faiz artırdı
Gözlənildiyi kimi, Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz dərəcəsini 75 baza bəndi artıraraq yenidən maliyyələşdirmə dərəcəsini 1,25%-ə yüksəldib.Beləliklə, tarixində daha bir böyük faiz artımını həyata keçirib. Bank əvvəlki iclasında faizlərini 50 baza bəndi artırmışdı.Dünyanın ən böyük mərkəzi banklarının əksəriyyəti iqtisadiyyatlarını "soyutmaq" və inflyasiyanı aşağı salmaq üçün sürətlə faiz artırılar.
Marja xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) ABŞ Mərkəzi Bankı (FED) ilə ayaqlaşmaq üçün faizlərini 75 bənd artırıb. Faizin bu böyüklükdə artırılması son 24 ildə (bankın qurulmasından bu yana) ilk dəfədir.
Bank yenidən maliyyələşdirmə dərəcəsini 0,75%-dən 1,25%-ə yüksəldib. Həmçinin, AMB depozit faiz dərəcəsini (bankların mərkəzi bankda saxladıqları əmanətlər üçün ödənilən faiz dərəcəsi) 0%-dən 0,75%-ə, marjinal faiz dərəcəsi isə 0,75%-dən 1,50 %-ə qaldırılıb.
Bank əvvəlki iclasında faizlərini 50 baza bəndi artırmışdı.
Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın mətbuat konfransı Bakı vaxtı ilə saat 16:45-də başlayacaq.
ECB-nin açıqlamasında, inflyasiyanın orta müddətli dövrdə 2 faiz hədəfinə dönməsini təmin edəcək ilkin addımların atıldığını qeyd edib. Bank, növbəti bir neçə iclasda tələbi azaltmaq üçün faiz dərəcələrini daha da artıracağını gözlədiyini bildirib.
"Biz bankların maliyyələşdirmə şərtlərini izləməyə davam edəcəyik" , - AMB bildirib.
Avropa Mərkəzi Bankı inflyasiya proqnozunu 2022-ci il üçün 8,1 faiz, 2023-cü il üçün 5,5 faiz, 2024-cü il üçün 2,3 faiz olaraq müəyyən edib. Avro Zonasında son illik istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 9,1 faiz təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 9 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"




















