Sahibkarlar üçün 44 daxili bazar araşdırması aparılıb - SİYAHI

İndiyədək sahibkarların müraciəti əsasında 19 daxili bazar araşdırması aparılaraq nəticələr sahibkarlıq subyektlərinə təqdim edilib.
Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir.
İndiyədək 25 belə daxili bazar araşdırması aparılaraq nəticələri KOBİA-nın saytında yerləşdirilib.
Hazırda sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə bir neçə istiqamətdə daxili bazar araşdırmaları aparılır və nəticələri aidiyyəti üzrə təqdim olunacaqdır.
Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektləri üçün 20 min manata qədər dəstək məbləği nəzərdə tutulur.
KOBİA-nın təşəbbüsü ilə aparılmış daxili bazar araşdırmaları:
Pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması
Lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması
Pomidor emalı müəssisələrinin yaradılması
Mühərriksiz kənd təsərrüfatı aqreqatlarının istehsal potensialının öyrənilməsi
Şirniyyat halvalarının istehsalı
Səyyar qəhvə və yan məhsulların istehlakı
Meyvə qurularının və meyvə pürelərinin istehsalı
Bal və arıçılıq məhsulları istehsalı
Kimyəvi yuyucu vasitələrin istehsalı (paltar və qab üçün)
HORECA sahəsi üzrə şirniyyat ehtiyacları
Daşınar soyuducu anbarların istehsalı
Tekstil fabrikinin yaradılması
Məişət tullantıları konteynerlərinin istehsalı və satış imkanları
Reklam vasitələrinin yaradılması və effektivliyi
Avtokimya xidməti və məhsullarının istehsalı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
7 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
8 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
9 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 9 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
