Şəkili gənc “Zhafar Hyibrit Electric” adlandırdığı avtombilin dizaynını hazırlayıb
O, istehsalçılarla əməkdaşlıq etmək istəyirAzərbaycanlı gənc Ramil Nəcəfov yeni avtomobil modelinin dizaynını hazırlayıb.
Ramil hələ ötən il ərsəyə gətirdiyi layihəni Azərbaycanın Vətən müharibəsindəki şanlı Qələbəsinə həsr etmişdi və avtomobil modelinə “Zəfər” adı vermişdi. Həvəskar dizayner bu dəfə “Zəfər” avtomobil modelinin hibrid versiyasının dizaynını tamamlayıb.
Avtomobilin 3D formatda dizaynını işləyən Ramil qeyd edib ki, yeni layihənin hazırlanmasında estetik və modern üslubdan, eləcə də müasir texnologiya və vizual səhnələrdən istifadə olunub.
Əslən Şəkidən olan Ramil bu avtomobili “Zhafar Hyibrit Electric” adlandırır. Onun sözlərinə görə, bu model avtomobil ağıllı aerodinamikaya sahibdir və elektromobil texnologiyalarında yeni standartlar yarada bilər: “Bu avtomobildə gələcəyin idarəetmə imkanları tətbiq edilə bilər. Ətraf mühitə sıfır tullantı, ekologiya dostu və mükəmməl dinamika. Naviqasiya sisteminə enerji doldurma məntəqələrinin yerini göstərən “Apple Car Play”, “Android Auto” və “TomTom LIVE” xidmətləri daxil etmək mümkündür. Bircə barmaq toxunuşu ilə smartfona naqilsiz enerji yükləmək də olar”.
Yeni avtomobil “Həyat üçün əlavə güc” şüarını özündə əks etdirir. Ramil deyir ki, “Zhafar Hyibrit” modelini hələlik iki modifikasiyada yığmaq olar. 58 və 73 kilovat-saat tutumu olan batareya ilə təchiz edilən modifikasiyaların yürüş məsafəsi, müvafiq olaraq, 354 və 450 kilometr ola bilər. Ekspress yükləmə sayəsində enerji ehtiyatının 80 faizini 18 dəqiqədə bərpa etmək mümkündür. 30 faiz enerji yüklənməsi 100 kilometrə qədər yürüş ehtiyatını təmin edəcək. Tam yüklənmiş enerji ilə sürətlə 100 kilometr, normal rejimdə 350-400 kilometr məsafə qət etmək olar. Avtomobil saatda 180 kmh maksimal sürət yığa bilər.
“Ümumi dizayndan əlavə, radiator barmaqlığına yerləşdirilmiş aktiv hava pərləri aerodinamikanın imkişafına dəstək verir. Başqa bir detal isə 3 halqalı dairə şəklində LED gündüz fənərləridir. Zərif və aerodinamik dizayn edilmiş yan güzgülər isə avtomobilin hərəkəti zamanı küləyin səsini azaldır. Avtomobilin disklərinin dizaynında diqqət çəkən maraqlı bir məqam isə təkər pərlərinin yarısı küləyin sürətə təsirini azaltmaq üçün plastik örtüklə örtülüb. Bu məqam eyni seqmentdə olan heç bir avtomobildə nəzərə alınmır. Hansı ki, yanacaq sərfiyyatı baxımından çox önəmlidir”, - deyə o əlavə edib.
Ramil Nəcəfovun sözlərinə görə, avtomobilin təhlükəsizlik sistemi kritik nöqtələrdə gücləndirilərək daha effektiv formaya gətirilib. Yeddi hava yastığı isə bu sistemi tamalayır.
Əlbəttə, bu layihə təkmilləşdirilə bilər. Bunun üçün isə gənc dizaynerə dəstək lazımdır. O, bu layihəni işləməklə avtomobil istehsalı ilə məşğul olan şirkətlərin, investorların diqqətini çəkmək istəyir. Gənc dizayner avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək arzusundadır.
Onun ən böyük arzusu isə Azərbaycana məxsus avtomobil modelinin istehsalını reallaşdırmaqdır. Ramil gələcəkdə bu sahədə təhsilini və təcrübəsini artırmaq barədə də düşünür. O, “World design” (“Dünya dizayn”) sərgisində iştirak etmək, Azərbaycanı dünya avtomobil istehsalçıları arasında tanıtmaq niyyətindədir.
© Aəzrtac
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
8 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 10 saat əvvəl
-
10 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























