Sinqapur şirkəti ilə Anlaşma - Sumqayıtda gübrə zavodunun yaradılması imkanları araşdırılacaq
Sinqapur şirkəti ilə Anlaşma Memorandumu imzalanıbSentyabrın 12-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Sinqapurun “Indorama Investments Limited” şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbir keçirilib.
Marja xəbər verir ki, sənədi İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Kənan Nəcəfov və İndorama Korporasiyasının İdarə Heyətinin üzvü Prakash Kejrival imzalayıblar.
Memoranduma əsasən Sumqayıt Kimya Sənaye Parkında ammonium nitrat, NPK (azot-N, fosfor-P və kalium-K), DAP (diammonium fosfat) və ammonium sulfat gübrələrinin istehsalı zavodunun yaradılması imkanlarının araşdırılması və tərəflər arasında müvafiq məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, İndorama şirkəti azot gübrələri, fosfat gübrələri, polietilen, polipropilen, poliester, tekstil, pambıq lifi və tibbi əlcəklər də daxil olmaqla bir çox məhsul istehsalı üzrə 9 ölkədə (Özbəkistan, Türkiyə, Hindistan, İndoneziya, Brazilya, Malayziya, Afrika və. s) 20-dən çox sənaye müəssisəsinə malikdir. Şirkətin 18 000-dən çox işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















