Azərbaycanın aparıcı metallurgiya şirkətinin xalis mənfəəti 40 dəfədən çox artıb
Azərbaycanın əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısı 30 milyon manatdan çox xalis mənfəət əldə edib."Azərbaycan Sənaye Korporasiyası" ASC-yə tabe olan “Azəralüminium” MMC 2021-ci ili 30 milyon 76 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2020-ci ili 745 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azəralüminium”un xalis mənfəəti 40 dəfədən çox artıb.
Marja.az MMC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, satışdan gəlirlər 2020-ci ildə 172 milyon 821 min manat ikən, 2021-ci ildə 234 milyon 385 min manata yüksəlib.
31 Dekabr 2021-ci il tarixində “Azəralüminium” MMC 353 milyon 809 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 324 milyon 888 min manat cəmi aktivlərə malik idi.
“Azəralüminium” MMC Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq və rulon şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 5 saat əvvəl
-
19 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















