İngiltərə son 33 ilin ən böyük faiz artımını edə bilər
Bu həftə keçirəcəyi iclasda İngiltərə Mərkəzi Bankı (BoE) yüksək inflyasiyanı cilovlamaq və Britaniya aktivlərinə inamı artırmaq üçün 33 ilin ən böyük faiz artımını edə bilər.Böyük Britaniyada inflyasiya 2 faizlik hədəfdən təxminən 5 dəfə yüksək olduğu üçün İngiltərə Mərkəzi Bankının (Bank of England) rəsmiləri faiz artırmağı sürətləndirmək üçün təzyiqlə üzləşiblər.
Marja xəbər verir ki, yeni Baş nazir Liz Trassın ev təsərrüfatlarını artan enerji qiymətlərindən qorumaq üçün atacağı addımların iqtisadiyyatda gözlənilən yavaşlamanı yumşaltması gözlənilir.
BNP Paribas-ın Avropa üzrə Baş iqtisadçısı Paul Hollingsworth müştərilərinə yazdığı məlumatlandırma qeydində, "50 deyil, 75 bəndlik faiz artırılacağı arqumenti daha inandırıcı görünür" deyib.
Bloomberg tərəfindən keçirilmiş sorğuda iştirak edən 47 iqtisadçının əksəriyyəti faizin 50 bənd artırılacağını gözləyir. Cümə günü, bazarlarda faizin 75 bənd artırılacağına 50%-dən yuxarı qiymət verilirdi. Ötən həftələrdə bu nisbət 80% ətrafında idi.
Avqust ayında Bank 50 faiz bəndi olmaqla 1995-ci ildən bəri ən böyük faiz artırımını edib.
Faiz dərəcəsinin 75 bənd artırılması 1989-cu ildən bəri ən yüksək faiz artımı olacaq. Ölkədə inflyasiyanın daha da artacağı gözlənilsə də, şirkətlər vakant iş yerlərini doldurmaqda da çətinlik çəkirlər. Eyni zamanda, yaşayış xərclərinin artması bədbin mənzərə yaradır.
BNP, JPMorgan və Credit Suisse kimi qurumların bəzi iqtisadçıları inflyasiyanın aşağı səviyyədə saxlanmasının bankın əsas prioriteti olduğunu və FED-dən geri qalmaq istəməyəcəyini söyləyirlər. FED-in bu həftə keçiriləcək iclasında üçüncü dəfə faiz dərəcələrini 75 bənd artıracağı gözlənilir. Avqust ayında inflyasiya 8 faizi keçdiyi üçün faiz dərəcələrində 100 bəndlik artım gözləyənlər də var.
Bəzi iqtisadçılar isə iqtisadiyyatın tənəzzülə girəcəyindən narahatdırlar. Onlar bildirirlər ki, iqtisadi yavaşlama faiz artırmağı çətinləşdirir.
Kraliça II Elizabetin ölümündən bir həftə sonraya təxirə salınan faiz qərarı cümə axşamı günü açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
2 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
3 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
4 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)







.jpg)










