Avro və Funt daha da dəyər itirə bilər - GÜNƏ BAXIŞ
Ötən həftə baş tutan toplantıda FED-in növbəti faiz artımından sonra son 20 ilin maksimumlarına yüksələn dollar indeksi hazırda 113 və 114 koridorunda üfiqi dalğalanır.
Güclənən dollar indeksi və Avrozonadan açıqlanan zəif iqtisadi göstəricilər fonunda avro və funtda ucuzlaşma davam edir. Dollar indeksindəki yüksəliş davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 0.95$ və 1.05$ hədlərinə kimi dəyər itirə bilər.
Cari ticarət həftəsinin ilk günü Yaponiya Mərkəzi Bankının reallaşdırdığı növbəti sərt intervensiyası nəticisində yen kəskin bahalaşdı. Beləki, USD/JPY dünən 146 yendən 140 yen həddinə qədər gerilədi. Lakin hazırda 144 yen həddinin üzərində dalğalanan məzənnədə “buğa”ların üstünlüyü davam edir.
Bu gün Bakı vaxtı ilə 16.30-da və 18:00-da ABŞ-dan açıqlanacaq önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Bazar ertəsi 1620$-a qədər ucuzlaşan qızıl buradan dəstək görərək bir qədər bahalaşdı. Hazırda 1631$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1620$-ın altına düşərsə, eniş tendensiyası 1600$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.**
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
10 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)






