İtaliyanın superkar istehsalçısının Bakıda şou-rumunun rəsmi açılışı olub
Sentyabrın 28-də İtaliyanın “Lamborghini” superkar istehsalçısı Bakıda öz yeni şou-rumunun rəsmi açılışını edib.
Bakının Zərifə Əliyeva küçəsi 31 ünvanında yerləşən şou-rumun ərazisi 225 kvadrat metr təşkil edir.
Brendin ən yeni texnologiyaları ilə təchiz olunmuş şou-rumu maksimum rahatlığı və məxfi atmosferi təmin edəcək şəkildə layihələndirilib.
Burada avtomobil həvəskarlarına eksklüziv dairəvi təcrübə təklif edilir. Şirkətin təlim almış mütəxəssisləri müştərilərə yeni və artıq hazır “Lamborghini” modellərini təklif edərək, onlara seçimlərində dəstək göstərirlər. Potensial müştərilər fərdiləşdirmə proqramı çərçivəsində məhsulların çeşidləri ilə tanış ola bilir. Eyni zamanda onlar "Ad Personam" adlanan ehtiyatlandırılmış zonada öz fərdi konfiqurasiyalarını yaratmaq imkanına malikdirlər. Bu proqram çərçivəsində sahibləri demək olar ki, limitsiz boya çeşidləri, həmçinin dəri, xüsusi tikişlər, karbon lif elementləri və yeni avtomobilləri üçün bir çox başqa özəl seçimlər gözləyir.
Yeni şou-rumun rəsmi açılışı ilə əlaqədar olaraq təşkil olunan təntənəli tədbirdə Avropa, Yaxın Şərq və Afrika (EMEA-Europe, Middle East and Africa) regionunun rəhbəri Françesko Kreşçi və Mərkəzi, Qərbi Avropa və MDB-nin rəhbəri Feliks Rongen iştirak ediblər.
Daha sonra Françesko Kreşçi və Feliks Rongen birlikdə VIP qonaqlara yeni istifadəyə verilmiş “Lamborghini Huracán Tecnica” avtomobilini təqdim ediblər.
Qeyd edilib ki, arxa ötürücülü, aerodinamik dizayn və mühəndislikdə yeni nəsil təkamülü özündə ehtiva edən “Huracán Tecnica” 640 CV və 565 Nm fırlanma anı hasil edən V10 5,2 l həcmli mühərriklə təhciz edilib. 7 pilləli LDF ikili muftalı transmissiya ANIMA vasitəsilə dəyişən keçid xüsusiyyətlərinə sahibdir. Kokpitdə isə akustik rahatlıq təmin edilib. Superkarın maksimal sürəti 325 km/saat-dır. “Huracán Tecnica” 0–100 km/saat sürəti cəmi 3,2 saniyəyə yığır.
Xatırladaq ki, Lamborghini avtomobilləri hal-hazırda Bakıda Azərbaycan üçün eksklüziv əsasda təqdim olunur. Hazırda “Lamborghini”nin EMEA regionunda 74 və dünyada 174 diler mərkəzi var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























