Antiinhisar qanunvericiliyində edilmiş son dəyişikliklərin səbəbi açıqlanıb
Qəbul olunmuş yeni Qərara əsasən, Dövlət Xidməti sənəd və məlumatları təqdim etməyən təsərrüfat subyektlərinə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malik olub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifə və funksiyalarını yerinə yetirmək üçün təsərrüfat subyektlərindən və vəzifəli şəxslərdən zəruri məlumatlar, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahat almaq hüququ olsa da, bunlar bəzən təqdim edilmir.
Bu barədə Dövlət Xidmətindən bildirilib.
“Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”ndakı son dəyişiklikləri şərh edən qurum bəyan edib ki, bu qaydalara əsasən iş qaldırıla və maliyyə sanksiyaları tətbiq edilə bilər. Buna baxmayaraq, təsərrüfat subyektlərinin müvafiq sənəd və məlumatların təqdim etməməsi hallarına rast gəlinir. Nəticədə Dövlət Xidmətinin apardığı iş üzrə araşdırmanın tam və obyektiv olması məhdudlaşır, həmçinin hüquqları pozulan digər təsərrüfat subyektlərinin hüquqlarının müdafiəsində ciddi maneələr yaranır.
Qeyd olunanlara əsasən, Dövlət Xidməti Nazirlər Kabinetinin 29 may 1998-ci il qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edilməsi barədə layihə hazırlayaraq hökumətə təqdim edib. Qəbul olunmuş yeni Qərara əsasən, Dövlət Xidməti sənəd və məlumatları təqdim etməyən təsərrüfat subyektlərinə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malik olub.
Xatırladaq ki, oktyabrın 3-də Nazirlər Kabineti “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, sənədin 2.21-ci bəndinə 4-cü bənd əlavə edilib.
Həmin bənddə deyilir ki, antiinhisar siyasəti həyata keçirən qurumun tələb etdiyi sənəd və məlumatlar təqdim edilmədikdə onun məhkəməyə müraciət etmək hüququ yaranır.
Baş nazir Əli Əsədovun imzaladığı dəyişikliklə həmçinin antiinhisar qurumundan məhkəməyə müraciət edilməsi şərtləri də dəyişib. Belə ki, əvvəllər məhkəməyə müraciət hüququ antiinhisar qurumunun qərar çıxartdığı gündən 6 ay müddətində yaranırdısa, yeni versiyada rəsmi təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə müraciət etmək imkanı verilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 d. sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
35 d. əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
41 d. əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
44 d. əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
1 saat əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
1 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
3 saat əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
Son Xəbərlər

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
