Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar pisləşdi
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 3.7%, 2023-cü ildə isə 2.5% artacağını proqnozlaşdırır.
Marja xəbər verir ki, bu, təşkilatın qlobal iqtisadiyyatın inkişaf perspektivlərinə dair çərşənbə axşamı açıqladığı oktyabr hesabatından bildirilir.
BVF İyul ayında Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 3.8%, 2023-cü ildə isə 2,6% artacağını gözləyirdi. Beləliklə, Fond Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı 2022-ci il üzrə proqnozunu 0,1 faiz bəndi və 2023-cü il üzrə proqnozunu da 0,1 faiz bəndi pisləşdirib.
BVF 2022-ci ildə Azərbaycanda illik inflyasiyanın 12.2% (iyul proqnozu - 12,3%), 2023-cü ildə isə 10.8% olacağını (iyul proqnozu – 9,5%) gözləyir.
BVF 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ümumi daxili məhsulun (ÜDM-in) 31,7%-i (iyul proqnozu – ÜDM-in 24,6%-i), 2023-cü ildə 31,4%-i (iyul proqnozu – ÜDM-in 21,6%-i), 2027-ci ildə 9,6%-i səviyyəsində proqnozlaşdırır.
Fondun qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,9%-dək (2021-ci ildəki 6%-dən), 2023-cü ildə isə 5,8%-dək azalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















