Yaponiyanın valyutası dollar qarşısında 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Yaponiyanın milli valyutası ucuzlaşmaqda davam edir.
Marja.az xəbər verir ki, ABŞ dolları/Yen məzənnəsi 147 yen səviyyəsinə də keçib. Bu, yenin dollar qarşısında son 32 ilin ən aşağı məzənnəsidir.
Məzənnə 1 dollar üçün 147,55-147,58 yen təşkil edib. Dollar/Yen məzənnəsi sonuncu dəfə bu səviyyələrdə 1990-cı ilin avqustunda olmuşdu.
Bir neçə aydır Yenin rekord ucuzlaşması, inflyasiyanın qarşısını almaq üçün faizlərini artıran Qərb mərkəzi bankları ilə bazarı stimullaşdırmaq üçün faizini mənfi səviyyədə saxlayan Yaponiya Mərkəzi Bankı arasında faiz dərəcələrindəki uçurum fonunda davam edir.
Yumşaq pul siyasətinin yeninin zəifləməsinə və qiymətlərin artmasına səbəb olması ilə bağlı tənqidlərə baxmayaraq, Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda tənzimləyicinin heç bir tədbir görmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Sentyabrın sonunda növbəti iclasda faiz dərəcəsinin mənfi 0,1% səviyyəsində saxlanmasına qərar verilib.
Sentyabrın sonunda Yaponiya hakimiyyəti 1998-ci ildən bəri ilk dəfə olaraq milli valyutanın məzənnəsini sabitləşdirmək üçün valyuta intervensiyaları (dollar satıb yen alıb) həyata keçirib ki, bu da Yenin qısamüddətli bahalaşmasına səbəb olmuşdu (1 dollar 145 yen səviyyəsindən 140 yen səviyyəsinə düşmüşdü). Lakin sonra yenidən məzənnə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 d. əvvəl
-
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
45 d. əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Ən çox oxunanlar
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR

























