Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakının avtomobil nəqliyyatı sahəsindəki problemlərə dair Tədbirlər Planı hazırlanıb

Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi hazırlanıb.Nazirlər Kabinetindən verilən xəbərə görə, Tədbirlər Palnına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının avtomobil nəqliyyatı sahəsindəki problemlərə dair Tədbirlər Planı hazırlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib.

Nazirlər Kabinetinin yaydığı məlumata görə, müşavirədə cari ilin 03 oktyabr tarixində keçirilmiş geniş müşavirə zamanı ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub.

Reklam_3_11

Müzakirə zamanı ötən müşavirədə verilmiş tapşırığa əsasən hazırlanmış, Bakı şəhərində avtomobil nəqliyyatı sahəsində  mövcud olan və qısa müddət ərzində həlli mümkün sayılan problemlərə dair Tədbirlər Planının ilkin layihəsi təhlil edilib.

Tədbirlər Palnına yolların buraxılış imkanlarının artırılması, ictimai nəqliyyatın daşıma potensialının genişləndirilməsi, yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və başqa məsələlər daxildir.

Müşavirədə habelə ictimai nəqliyyat sahəsində struktur islahatlarının davam etdirilməsi, inzibati, infrastruktur və təşkilatı tədbirlərlə bağlı məsələlər müzakirə olundu və konkret zaman ərzində yerinə yetirilməli olan tapşırıqlar verilib.

15.10.2022 10:40

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18