İstanbulda mənzil qiymətləri 3 dəfə artıb
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) avqust ayı mənzil qiymətləri indeksinə görə, qiymətlər 2021-ci ilin avqust ayı ilə müqayisədə 185% artıb. İstanbulda eyni dövrdə mənzil qiymətləri 211% artıb. Avqust ayında İstanbulda mənzilin bir kvadrat metrinin orta qiyməti 24 min 533 türk lirəsi (TL) olub.Türkiyədə mənzil qiymətlərində artım tempi Avqust ayında da davam edib və artımda yeni rekord qeydə alınıb.
Marja.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) açıqladığı mənzil qiymətləri indeksinə görə, avqust ayında Türkiyədə mənzil qiymətləri illik 184,6 faiz artıb. İstanbulda isə mənzil qiymətləri 210,8% yüksəlib.
Məlumata görə, eyni dövrdə Türkiyədə yeni evlərin qiymətləri illik 176,4 faiz artıb. Köhnə mənzil qiymətlərində isə 185,4 faiz artım olub. Türkiyədə mənzilin bir kvadrat metri üzrə orta qiymət 15 min 76 TL (1380 manat) olub.
İstanbulda yeni evlər 205,7%, köhnə evlər isə 211,5 faiz bahalaşıb. İstanbulda 1 kvadrat metr üzrə orta qiymət 24 min 533 TL (2245 manat) təşkil edib.
Ankarada mənzil qiymətləri avqust ayında illik 193,5 faiz artıb. Kvadrat metr üzrə orta qiymət 10 min 780 TL-yə (980 manat) yüksəlib. İzmirdə isə eyni dövrdə illik artım 175,7% olub. İzmirdə kvadrat metr üzrə orta qiymət 17 min 305 TL (1580 manat) olaraq qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















