“Expressbank”dan 11 milyon manat mənfəət - MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
“Expressbank” ASC 2022-ci ilin 9 ayını 11 milyon 235 min manat xalis mənfəət ilə başa vurub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2% çoxdur.
Marja xəbər verir ki, bu, Bankın yaydığı press-relizdə bildirilir.
Aktivlərin həcmində artım olmuşdur
Press-relizdə qeyd edilib ki, 2022-ci ilin üçüncü rübünə aid olan maliyyə hesabatında bankın bir çox göstəricilərində uğurlu nəticələr qeydə alınmış və bu özünü aktivlərin həcmində də əks etdirmişdir. Belə ki, bankın aktivləri ötən ilin sonu ilə müqayisədə 20.23% artaraq cari ilin üçüncü rübündə 422 milyon 434 min manat təşkil etmişdir.
Depozitlər də artmışdır
"“Expressbank”ın müştərilərə olan yanaşması qarşılıqlı inam və güvən prinsipləri əsasında inkişaf etməkdədir. Bunun əyani nümunəsinin maliyyə rəqəmlərində də təzahür etdiyini görmək mümkündür. Bankın depozit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 14.13% artaraq cari ilin üçüncü rübündə 178 milyon 141 min manat olmuşdur",- press-relizdə bildirilir.
Kredit portfelinin də ümumi həcmi artmışdır
Qeyd edilib ki, “Expressbank” ASC-nin cari ilin üçüncü rübünə aid digər bir uğurlu statistik göstərici isə kredit portfelinin həcmində olan artımdır. Mütəmadi olaraq müştərilərin ehtiyaclarını nəzərə alaraq həyata keçirilən kredit kampaniyaları bu nəticələrə də öz təsirini göstərmişdir. Nəticədə ötən ilin sonu ilə müqayisədə bu ilin üçüncü rübündə bankın kredit portfelinin ümumi həcmi artaraq 285 milyon 331 min manat təşkil etmişdir.
Kapitalın həcmində artım qeydə alınmışdır
Bu ilin üçüncü rübündə əlaxsus qeyd edilə biləcək nüanslardan biri də kapitalın həcmində olan artımdır. Ötən ilin sonu ilə müqayisədə bu ilin üçüncü rübündə bankın kapital həcmi 9.49% artaraq 135 milyon 610 min manat həcminə çatmışdır.
“Expressbank” ASC-nin cari ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz və qeyri-faiz gəlirlərində də artım nəzərə çarpmışdır. Üçüncü rübdə bankın faiz gəlirləri 15.78% artaraq 35 milyon 624 min manat, qeyri-faiz gəlirləri isə 34.91% artaraq 13 milyon 605 min manat məbləğində qeydə alınmışdır. Xüsusilə qeyd etmək istərdik ki, qeyri-faiz gəlirlərində olan xarici valyutadan gəlir 102.65% artaraq 5 milyon 25 min manata çatmışdır.
Vurğulanıb ki, “Expressbank” ASC-nin bu ilin üçüncü rübündə xalis faiz gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.29% faiz artaraq 28 milyon 365 min manat olmuşdur.
Həmçinin, “Expressbank” ASC-nin bu ilin üçüncü rübünün maliyyə göstəricilərinə əsasən I dərəcəli kapitalın adekvatlıq əmsalı 32.41%, məcmu kapitalın adekvatlıq əmsalı 36.48% və leverec əmsalı isə 27.28% təşkil edib.
"Əlavə olaraq qeyd etmək istərdik ki, bankın məcmu kapitalı üçüncü rüb üzrə 132 milyon 861 min manat həcmində olmuşdur. Bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi normadan 3 dəfədən çox olmuşdur. Bu da bankın maliyyə cəhətdən stabil və inkişafa meyilli olduğunun bariz nümunəsidir",- press-relizdə bildirilir.
İqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi meyarlar üzrə dəyərləndirmə aparan beynəlxalq “Fitch Ratings” agentliyi “Expressbank” ASC-nin fəaliyyətinə yüksək qiymət verərək, bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
"“Expressbank” ASC hər zaman fəaliyyətini təkmilləşdirərək müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir. Ölkənin maliyyə və bank sektorunda bütün kateqoriyalar üzrə uğurlu, məhsuldar, yenilikçi fəaliyyətini davam etdirməkdən və müvəffəqiyyətlə irəliləməkdən məmnunluq duyur", - Bankın məlumatında deyilir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
9 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















