BTB üçüncü rübün maliyyə nəticələrilə bağlı məlumat yaydı
Bank BTB gələcəkdə kredit portfelində yarana biləcək risklərin qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində yanvar ayından etibarən 5 milyon 872.55 min manat ehtiyata ayırıb."Bank BTB" ASC 2022-ci ilin 3-cü rübü üzrə maliyyə göstəricilərilə bağlı press-reliz yayıb.
Press-relizdə qeyd edilib ki, hesabat tarixinə cəmi aktivlər 361 milyon 438.35 min manat təşkil etmişdir. Bu isə ötən rüblə müqayisədə 2% artım deməkdir.
3-cü rübün nəticələrinə görə faiz gəlirləri ötən rüblə müqayisədə 49% artaraq 19 milyon 861.17 min manat, faiz xərcləri 12 milyon 731.42 min manat, qeyri-faiz gəlirləri 44% artaraq 3 milyon 890.5 min, qeyri-faiz xərcləri 10 milyon 861.28 min olmuşdur. Bununla da əməliyyat mənfəəti 115% artaraq 158.97 min manat təşkil etmişdir.
Digər göstərici bankın depozit portfelinin artmasıdır ki, qeyd olunan dövrdə bankın depozit portfeli 137 milyon 354.15 min manat təşkil etmiş, ötən ilin həmin dövrü ilə müqayisədə 7% artmışdır.
3-cü rüb ərzində Bank BTB tərəfindən 30 milyon 444.07 min manat kredit verilib. Ümumi satışın 10%-ni ARİKZF hesabına verilən ipoteka kreditləri, 44%-ni istehlak kreditləri, 46 %-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli 1% artaraq 254 milyon 161.39 min manat təşkil etmişdir.
"Eyni zamanda qeyd etmək istərdik ki, bank kredit portfelinin dayanıqlılığının artırılması məqsədilə cari ilin yanvar ayından etibarən 5 milyon 872.55 min manat ehtiyat yaratmışdır. Bu da gələcəkdə kredit portfelində yarana biləcək risklərin qarşısının alınması məqsədilə görülən tədbirdir",- press-relizdə bildirilir.
Hesabat dövrünə bankın məcmu kapitalı 53 milyon 67.07 min manat təşkil edir. Bankın ani likvidlik əmsalı 110.55% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi min normadan 3 dəfədən çoxdur.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb


























