Nazir müavini: Taksi xidməti sahəsində tənzimləmə zəifdir
Hazırda sərnişindaşıma sahəsi ətraflı şəkildə təhlil edilir, dayanıqlı maliyyə modelinin qurulması, nağdsız ödəniş sisteminin tətbiqi ilə daha səmərəli idarəetmə sisteminin yaradılması imkanları araşdırılır.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi ilə bağlı görüş keçirilib.
Tədbirdə nazirlik yanında İctimai Şuranın üzvləri, nəqliyyat sahəsi üzrə ekspertlər və mütəxəssislər iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd nəqliyyat sahəsində mövcud vəziyyət, problemlər və perspektivlər barədə müzakirələrin aparılması və təkliflərin dinlənilməsi olub.
Müzakirə zamanı nəqliyyat sektorunda aparılan islahatlar, ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yerli daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının genişləndirilməsi, həmçinin bu sahədə rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edib.
Sərnişindaşımada xidmətin təşkilinin təkmilləşdirilməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, hazırda bu sahə ətraflı şəkildə təhlil edilir, dayanıqlı maliyyə modelinin qurulması, nağdsız ödəniş sisteminin tətbiqi ilə daha səmərəli idarəetmə sisteminin yaradılması imkanları araşdırılır.
Taksi xidməti sahəsində mövcud vəziyyətlə bağlı Rəhman Hümmətov bildirib ki, bu sahədə əsas problem tənzimləmənin zəif olmasıdır. Bu da haqsız rəqabətə və xidmət keyfiyyətinin aşağı olmasına imkan yaradır.
Görüşdə vurğulanıb ki, nəqliyyat sahəsinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin tətbiqi üzrə işlər aparılır. Aparılan araşdırmalar və görülən işlərdə əsas məqsəd bu sahədə fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunması, sərnişinlərin təhlükəsizliyinin, informasiya təhlükəsizliyinin, həmçinin ekoloji tələblərə riayət olunmasının təmin edilməsi, haqsız rəqabət və inhisarçılığın qarşısının alınmasıdır.
Əhalinin mobilliyinin təmin edilməsi məqsədilə inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasının zəruriliyi qeyd olunub. Həmçinin alternativ nəqliyyat vasitələrinin inkişaf etdirilməsi və avtobus zolaqlarının təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra ekspert və mütəxəssislərin sualları cavablandırılıb, onların təklifləri dinlənilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























