Azercell qadınların texnologiya və biznes sahəsində inkişafı proqramına start verir
(©) “Azercell Telekom” MMC “FemTech” tərəfdaşlığı ilə "Her Improvement" layihəsi çərçivəsində yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan qadınları növbəti uzunmüddətli inkişaf proqramına dəvət edir.
Noyabr 2022 - Aprel 2023 müddətini əhatə edəcək proqramda iştirakçılar üçün müasir texnologiyalar, biznes mövzularında təlimlər nəzərdə tutulub. Eyni zamanda xanımlar proqramlaşdırma dərslərində iştirak etmək, peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan Informasiya Texnologiyaları (İT) liderləri və startap təsisçiləri ilə görüşmək şansı qazanacaqlar. Layihə çərçivəsində iştirakçılar startap ideyalarının inkişafı üçün inkubasiya proqramını keçmək, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı əldə edəcəklər. Proqramın sonunda qalib komandaya pul mükafatı təqdim olunacaq.
Layihəyə 16-29 yaş arası xanımlardan ibarət 5 nəfərlik komandalar müraciət edə bilər. Proqrama qoşulma tam ödənişsizdir. 6 ay müddətində aktiv iştirak mütləqdir. Qeydiyyatın son tarixi: 20.11.2022. Əlavə məlumat və layihəyə qoşulmaq üçün aşağıdakı linkə keçid almaq lazımdır: https://docs.google.com/forms/d/e/1FAIpQLSey0difMXgoQt85bqSOcbAZDItp3SrSzjiOPAVjEcW6gEq24A/viewform
Azercell Telekom uzunmüddətli "Her Improvement" layihəsinin inkişaf mərhələləri barədə KİV vasitəsilə ictimaiyyəti məlumatlandıracaq və proqramın gedişatı ilə bağlı xəbərləri paylaşacaq.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















