Azercell-in tətbiqində "ƏDV Geri Al" xidməti deaktiv ediləcək
"Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən "Kabinetim" tətbiqində hazırda istifadəsi mümkün olan "ƏDV Geri Al" xidməti 14.11.2022-ci il tarixdən etibarən deaktiv ediləcəkdir.
Marja.az xəbər verir ki, bu barədə "Azercell Telekom"dan bildirilib.
Qeyd edilib ki, "Azercell Telekom" MMC ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin birgə layihəsi olan "ƏDV-ni "Kabinetim"də topla" çərçivəsində, "ƏDV Geri Al'' xidməti 11.02.2022-ci il tarixdən etibarən "Kabinetim" mobil tətbiqi istifadəçiləri üçün əlçatan olmuşdur.
"Xidmətin dayandırılması ilə bağlı mövcud hesablarınıza "ABB Mobile" tətbiqi və ya "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "ƏDV Geri Al" veb-portalı olan https://edvgerial.abb-bank.az/az -dən daxil ola bilərsiniz. Gözləmədə olan çeklərinizin məbləğləri qaytarılaraq həmin portaldakı balansınızda görünəcəkdir. Xatırladaq ki, bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən "Azercell Telekom" MMC-nin "Kabinetim" tətbiqi üzərindən abunəçilərimizə 24 saat ərzində nömrəyə onlayn nəzarət etmək imkanını yaradır. Həm iOS, həm də "Android" əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim" tətbiqini "App Store", "PlayStore" və ya "Huawei AppGallery"dən ödənişsiz olaraq yükləmək mümkündür",- şirkətin elanında bildirilir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















