ABA-nın prezidenti Zakir Nuriyev vitse-prezident seçildi
ABA-nın prezidenti Zakir Nuriyev Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının vitse-prezidenti seçilib4 noyabr 2022-ci il tarixində Türkdilli dövlətlərlə mövcud münasibətlərin iqtisadi baxımdan daha da dərinləşdirilməsi və bu əsasda maliyyə-bank sistemləri arasındakı əlaqənin genişləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb.
Azərbaycan Banklar Asossiasiyasının yaydığı məlumatda bildirilir ki, imzalanma mərasimindən sonra Şuranın ilk iclası keçirilib.
İclas zamanı, Şuranın əsas prinsipləri, iş dili, prezidentin və vitse-prezidentin seçilməsi, icra ofisinin təşkili, icraçı katibin təyini və digər məsələlər müzakirə olunmuşdur.
Həmçinin, iclasda Şuranın prezidenti olaraq Türkiyə Banklar Birliyi idarə heyətinin sədri, Ziraat Bankın baş icraçı direktoru və idarə heyətinin üzvü Alpaslan Çakar, vitse-prezidenti Azərbaycan Banklar Asossiasiyasının prezidenti Zakir Nuriyev seçilmiş, icraçı katibi olaraq isə Türkiyə Banklar Birliyinin baş katibi Ekrem Keskin təyin edilmişdir.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycanın 2 şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti















.jpg)






