Azərbaycandan nar ixracında çətinliklər yaranıb
Azərbaycanda hər il olduğu kimi, bu il də nar bağlarından bol məhsul yığılsa da, fermerlər onun satışında çətinlik çəkir.
Bu barədə “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərhad Qaraşov məlumat verib.
Onun sözlərinə görə, nar istehsalçıları məhsullarını xarici bazarlarda satmağa çalışsa da, ixracda ciddi problemlər var: "Bu, əsasən Rusiya və Ukrayna arasındakı müharibədən qaynaqlanır. Bu iki ölkə bizim əsas ixrac bazarlarımızdır. Lakin mövcud vəziyyətə görə bu il nəzərdə tutduğumuz ixracın 40-50 %-ni reallaşdıra bilirik".
F.Qaraşov deyir ki, xaricə nar aparan sürücülər Ukrayna ərazisinə daxil olmaq üçün digər Avropa ölkələrinin ərazisindən istifadə etməli olurlar. Bunun üçün isə şengen vizası almaq lazımdır:
"Bu vəziyyət ixrac müddətini 5 gündən 20 günə qədər artırır. Ona görə də, istehsalçılarımız Azərbaycan narının Ukraynaya ixracına bir o qədər də səy göstərmir. Rusiyada isə qismən səfərbərlik olduğu üçün əhalinin bir o qədər də strateji meyvə saymadığı narın alışı zəifləyib. Düzdür, Rusiyaya ixrac davam edir, amma bu ənənəvi bazarda qiymətlər aşağıdır. Avropaya nar ixrac etmək üçün isə "Globalgap" sertifikatı tələb olunur. Bütün bu səbəblərə görə fermərlər nar ixrac edə bilmirlər. Məsələ ilə bağlı dövlət qurumlarına müraciət etmişik. Gələn həftə narçılıqla bağlı ümumrespublika müsahibəsi keçiriləcək və problemləri kənd təsərrüfatı naziri dinləyəcək”.
Nar ixracındakı çətinliklər fermerləri hələ ki daxili bazara yönəldib. Amma burada da qiymətlər istehsalçıları qane etmir.
Azərbaycanda ötən il 184 min tona yaxın nar yığılıb. Bu il bu rəqəmin ötən illə müqayisədə az olmayacağı gözlənilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 12 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























