Xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı azalıb
Xarici ticarət iştirakçılarının sayı azalıb.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 10 ayı üzrə xarici ticarət iştirakçılarının sayı 54 min 873 şəxs ikən, 2022-ci ilin 10 ayı ərzində 49 min 46 şəxs təşkil edib. İştirakçıların sayında 5 min 827 şəxs azalma fiziki şəxslər üzrə xarici ticarət iştirakçılarının sayının azalması ilə əlaqədardır.
2021-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr dövründə fiziki şəxs xarici ticarət iştirakçılarının sayı 6 min 373 şəxs azalaraq 40 min 250 şəxsə düşüb.
Hüquqi şəxslər üzrə xarici ticarət iştirakçılarının sayı isə 546 şəxs artaraq 8 min 796 şəxsə yüksəlib. Ötən ilin 10 ayında 8 min 250 hüquqi şəxs xarici ticarət fəaliyyətilə məşğul olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























